Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Mart

2018
11:45
Azərbaycan İslam Partiyası 31 mart soyqırım ilə bağlı bəyanat verib

Azərbaycan İslam Partiyası xalqımıza qarşı erməni daşnaklarının törətdikləri 31 mart 1918-ci il tarixli soyqırımla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Erməni daşnaklarının Azərbaycan əhalisinə qarşı ötən əsrin əvvəllərində törəkdikləri kütləvi qətliamdan 100 il ötür. 1918-ci ilin mart ayının 30-dan başlanan və beş gün davam edən bu soyqırım Bakı, Quba, Xaçmaz, Lənkəran, Şamaxı, Salyan, Hacıqabul, Zəngəzur və başqa bölgələrin sakinlərinə qarşı olmazın qətllərini ortaya qoydu. Bu amansız qırğınlar təkcə erməni vəhşiliyinin göstəricisi deyil, ümumən Azərbaycanın əhalisinə qarşı tərtib və təşkil olunan senari, kütləvi soyqırım aktı kimi qiymətləndirilməli və məqsədli şəkildə həyata keçirilməsi kimi başa düşülməlidir.

Bu, sərvəti bol torpaqlarda yaşayan müsəlman qövmünü miskin hala salmaq, canlı qüvvəsini tükətmək, insanların ruhiyyəsinə köləliyi hopdurmaq üçün üzərlərinə azğınlaşmış silahlı dəstələr göndərildi. Amansız cəlladların heç kimə-qadına, qocaya, məsum körpələrə rəhm etmədən qənim kəsilmələri, güllədən və nizədən keçirmələri, işgəncənin ən apogey vəziyyətini tətbiq etmələri xalqımızı qorxu sindromu altında müqavimətsiz, təslimçilik psixologiyasına alışdırmaq, əlindəki hər şeyi yaşamaq xatirinə qurban vermək üçün idi.

Düşmən üçün bir müsəlman cəmiyyətin, İslam ümmətinin əlindəki maddi və mənəvi varlıqlara sahib olmaqdan, mənəvi həyatındakı reallıqların bütün məziyyətlərini alt-üst etməkdən ötrü onu qorxu altında saxlamaqdan daha vacib bir şey yoxdur. Məhz xalqımıza qarşı soyqırım müəllifləri əsrlərcə  və bu gün də bu amildən istifadə etməyə çalışır, müsəlman cəmiyyətimizin özünə qayıdışına, dostu ilə düşmənini tanımasına hər cür maneələr yaradır.

Azərbaycan İslam Partiyası bir daha bəyan edir ki, müsəlman xalqımızın tarixində silinməz iz qoyan faciələr gələcək uğurlu taleyimizin düzgün müəyyənləşməsi üçün bir örnək olmalıdır. Qan yaddaşımızda yaşatmalı olduğumuz səhnələrin bir daha təkrar olunmaması üçün vücudumuzda və məişətimizdə, torpağımızda və ruhiyyəmizdə yad elementləri dəf etməyi, Allahın bizə göndərdiyi və bəxş etdiyi maddi-mənəvi nemətləri qiymətləndirməyi və qorumağı, canımızı və qanımızı azadlığımız, torpağımız, vətənimiz uğrunda mübarizədə qurban verməyi bacarmalıyıq."

Məqalədə : 31 mart 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlandı

31

May
14:00
ÖLKƏ
297

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
753
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-06-2020 08:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru