Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2018
12:27
Prezidentliyə namizədlərin debatı başlayır - İTV-də

“Bu gün seçkiqabağı təşviqat başlayıb. Artıq bu gün axşamdan İctimai Televiziyada namizədlərin debatı baş tutacaq. Televiziyadakı debat saat 22:00-da, radioda isə çıxışlar 19:00-da olacaq”.

Bunu Azərbaycan Respublikası prezidentinin seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirədə Mərkəzi Seçki Komisiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, seçki məntəqələrində artıq 1000 veb-kamera quraşdırılıb.

MSK sədri qeyd edib ki, səsvermə gününə bir neçə gün qalmış ölkəyə 280 beynəlxalq müşahidəçi gələcək.

M.Pənahov bildirib ki, seçkilərin şəffaf keçirilib-keçirilmədiyini müşahidəçilər və mətbuat orqanları üzə çıxarır: “Seçkinin şəffaf keçirilməsi üçün siyasi iradə olmalıdır. Azərbaycanda da seçkilərin şəffaf keçirilməsi üçün bütün imkanlar yaradılıb”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Seçki  
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2018 21:07



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com