
10 gündə başa çatdırılması planlaşdırılan Səudiyyə Ərəbistanın Yəmən müharibəsi 3-cü ilini geridə qoydu. Bu elə bir müharibədir ki, ən primitiv döyüş göstəricilərini belə geridə qoyub və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, müdafiə naziri Məhəmməd bin Salmanın Yəməndə qeyri-insani cinayətlərini nümayiş etdirir.
Yəmən müharibəsinin 3-cü ilində Beynəlxalq İnsan Haqları Təşkilatının (Human Rights Watch) icraçı direktoru Kenneth Roth Səudiyyə Ərəbistanının yürütdüyü siyasətdən ictimaiyyətə pozitiv görüntü təqdim etdi. Bu elə bir görüntüdür ki, Qərb və xüsusən Amerika Səudiyyə Ərəbistanının siyasəti nəticəsində əldə etdiyi mənfəətlərə görə Yəmən həqiqətlərinin yayımlanmasını heç vaxt istəmirlər.
Yəmən həqiqətləri Human Rights Watch rəhbərinin dilindən
Kenneth Roth Yəmən həqiqətlərini bu şəkildə təqdim edir: Ərəbistan vəliəhdi daha mülayim İslam sözü verdi, lakin Yəmən xalqının bombalanması və aclıqdan əziyyət çəkməsi, zorakılıq və vəhşilik istiqamətləri hələ də tam şəkildə müəyyən olunmayıb və Məhəmməd bin Salman hökumətinin əsl modelini göstərir.
Əslində bu qısa cümlə Yəmən müharibəsinin bütün reallıqlarını göstərir və XXI əsrdə insan haqlarını müdafiə etdiyini iddia edənlərin gözü qarşısında müasir vəhşilik və zorakılıq baş verdiyi halda heç kim məsuliyyəti bonuna götürmək istəmir.
Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü və bu ölkəni blokadaya almasına görə, Yəmən vəba və difteriya kimi yoluxucu xəstəliklərin pəncəsində ölüm-qalım mübarizəsi verir. Yəmənə edilən hücum və mühasirəyə görə ən az 50 xəstəxana bağlanıb, su və kanalizasiya sistemi və suvarma layihələri, bütün ölkə miqyasında hədəf alınaraq böyük hissəsi məhv edilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatları bu ölkədə 1 milyondan çox insanın vəbaya yoluxduğunu və indiyə qədər 500 nəfərin difteriyaya tutularaq təxminən 70 nəfərin də öldüyünü göstərir.
Yəmən müharibəsi bu yoxsul ərəb ölkəsindəki bütün xalqın həyatına təsir göstərib. Müharibə təkcə cəbhələrdə getmir və mülki vətəndaşlar da müharibə ilə iç-içədirlər. Buna görə də müharibə və həyat meydanı arasında heç bir fərq yoxdur. Yəmən xalqı hər an park, küçə, ev və iş yerlərində bombaların yağmasını gözləyirlər, həm də adi olmayan bombaların. Söhbət o bombalardan gedir ki, insan haqlarını müdafiə iddiasını edənlər Səudiyyə rejiminə sanki qrant formasında veriblər.
İnsan haqlarından danışan silah tacirləri
Yəmən müharibəsində Qərbin silah və sursat zavodlarının marağı insan haqlarına dəstək verdiyini iddia edən ölkələrin mənfəətpərəst mahiyyətini nümayiş etdirir. Ərəbistana münasibət də Qərb ölkələrinin maraqları və silah satışı ilə dəyərləndirildiyi üçün, insan haqları məsələsi bir kənara çəkilir və məsələyə olan baxışlarda Yəmən xalqının təəssüfləndirici durumu deyil, silah və sursat zavodlarının maraqları özünü göstərir.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası da təsirsiz və neytral bir quruma, hətta belə demək mümkünsə, müstəqil ölkələrə siyasi təzyiq vasitəsinə çevrilib. BMT TŞ-nin Yəmənlə bağlı keçirdiyi iclasdakı hədəfi Səudiyyə rejiminin müharibə cinayətlərini müzakirə etmək yox, Yəmən müharibəsinin siyasi yollarla həll edilməsini istəyənləri və bu ölkənin müdafiəsiz xalqının qətliamını əngəlləməyə çalışanları hədəf taxtasına yerləşdirməkdir.
Məhz bu siyasi mövqe Yəmən müharibəsinin davam etməsinə səbəb olur. Ənsarullah hərəkatının rəsmisi Hazam əl-Əsəd "Əl-Aləm" xəbər kanalına müsahibəsində BMT-nin Yəmən böhranı ilə bağlı mövqeyinin xəyal qırıqlığı yaratdığını, sanksiyaların uzadılmasının da bunun sübutu olduğunu söyləyib.
Səudiyyənin Yəmən müharibəsində məqsədi
Səudiyyə rejimi Yəməndəki müharibədə müxtəlif məqsədlər güdür; bunların ən əhəmiyyətlisi də Yəmən Ənsarullah xalq hərəkatını sıradan çıxarmaqdır. Bu hərəkat son 3 ildə Səudiyyə koalisiyanın ciddi problemin çevrilib. Yəmən siyasətinin mərkəzində olan Husilər, Ərəbistanın Yəmənin coğrafi və iqtisadi sahədəki strateji mövqeyində uzunmüddətli hədəflərinə mane olduğu üçün Ərəbistan tərəfindən təcavüzə məruz qalır. Son 3 ildə Ənsarullah hərəkatı Yəmən ordusu ilə birlikdə Səudiyyə koalisiyanın hücumlarına qarşı ciddi mane yaradır.
Ənsarullah hərəkatı Səudiyyə rejiminin 3 illik müharibə ərzində təcavüzkar Səudiyyə koalisiyasına aid 214 nəfəri öldürdüyünü, təkcə cari ilin fevral ayında onların mövqelərinə ən azı 200 raket atdığını bildirib. Ənsarullah hərəkatı həmçinin bu əməliyyatlarda Yəmən xalq qüvvələrinin fevral ayında ən azı 20 zirehli texnika, 5 tank və 125 hərbi təchizatı məhv etdiyini, həmçinin Səudiyyə koalisiyasına aid bir casus təyyarəsini də vurduğunu açıqlayıb.
Ənsarullah hərəkatından BMT-yə təklif
Yəmən Ənsarullah hərəkatı döyüş meydanında nümayiş etdirdiyi müqavimətinə paralel olaraq, ölkədəki siyasi böhranın həll edilməsi üçün də hazır olduğunu bildirərək BMT-yə bir sıra təkliflər verib. Ənsarullah hərəkatının təklifində bildirilir ki, sülh üçün komitə yaradılsın, bütün xalqın, partiya və siyasi qrupların iştirak edə biləcəyi prezident və parlament sədrinin seçilməsi üçün referendum keçirilsin. Bu təklifə həmçinin Yəmənin yenidən qurulması və dağıntıların bərpa edilməsi üçün beynəlxalq miqyasda zəmanət verilməsi, hər cür xarici təcavüzün qarşısının alınması, ümumi amnistiya elan edilməsi, toqquşan tərəflərdən bütün məhbusların sərbəst buraxılması da qeyd olunur.
Yəmən Ənsarullah hərəkatının təklifinin reallaşması isə Səudiyyə rejiminin Yəmən hücumlarının başa çatması və tətbiq edilən embarqonun ləğvinə bağlıdır.
Bu barədə Yəmən inqilabı ali komitəsinin sədri Məhəmməd Əli Husi, "Səudiyyə Ərəbistanının təcavüzkar koalisiyasının hücumları dayanmamış, hava, quru və dənizdən tətbiq olunan embarqo başa çatmamış Yəmən böhranının həlli üçün heç bir yol və təklif köklü olmayacaq. Buna görə də Yəmən faciəsinin davam etməsinin məsuliyyəti Birləşmiş Millətlər və Təhlükəsizlik Şurasının üzərindədir", - deyə bildirib.
FaktXəbər

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun25-06-2020 13:49 Cənubi Yəmən Keçid Şurası İsraili rəsmi olaraq tanıdı
10-06-2020 12:04 Azərbaycan Yəmən xalqına yardım edib
21-02-2020 10:27 Yəməndən Səudiyyə Ərəbistanına doğru ballistik raketlər atıb
15-02-2020 10:10 Yəməndə "Ənsarullah" hərəkatı koalisiyaya aid hərbi təyyarəni məhv edib
10-02-2020 16:18 BƏƏ qoşunlarını Yəməndən çıxarır
20-01-2020 15:37 Səudiyyə Ərəbistanı Yəməni bombalayıb
- 03-06-2020 17:09 Əbülfəs Qarayevin topdağıtmaz biznesi - SİYAHI
- 01-06-2020 10:32 İsrail bölgədə antisemit siyasətini davam etdirir
- 18-05-2020 13:11 Bəşəriyyətə azadlıq, zülmə qarşı mübarizə Qüdsdən başlanır
- 31-01-2020 15:13 Analitik: Bütün ölkələr Fəlsətin məsələsində Tramp kimi tərəf seçməyə məcbur olacaqlar
- 29-01-2020 11:17 Dünyanın gözü qarşısında bir dövlət məhv edilir
- 25-01-2020 14:20 Türkiyədəki zəlzələnin Azərbaycana təsiri varmı?
- 07-12-2019 11:23 İraqda siyasi böhran 3-cü aya daxil oldu. Bundan sonra ölkəni nə gözləyir?
- 18-10-2019 15:39 Eyyyy... Növbədə nə var? - ANALİZ
- 16-10-2019 15:39 Gülümsəyin bəylər...
- 20-09-2019 16:42 ABŞ və Səudiyyə Ərəbistanı Yəmən müharibəsini də uduzur
- 18-09-2019 11:40 Yəmən xalqının qətliamına susan dünyanın neft sancısı
- 03-09-2019 14:39 Rizvan müəllimlə deputat Rizvan Cəbiyevin fərqi
- 27-08-2019 10:47 Putin Ərdoğanın xahişini yerinə yetirəcəkmi?
- 05-07-2019 10:23 BƏƏ hər yerdə itirə-itirə gedir - Analiz
- 23-06-2019 13:48 İmamoğlunun qələbəsi və Amerikanın istəkləri
- 21-06-2019 16:25 Ərdoğan, İmamoğlu və Bilderberq Kulubu
- 19-06-2019 14:36 Türkiyə tarixi seçim qarşısında: “S-400”mü, “Patriot”mu?
- 12-06-2019 12:41 Fazil Məmmədovun velosiped biznesi batır
- 31-05-2019 09:06 Qüds Günü – dünya müsəlmanları zülmə etiraz edir!
- 29-05-2019 10:07 TRAMP GERİ ÇƏKİLİR: ABŞ-ın vuruşmaq yox, vuruşdurmaq niyyəti...
- 22-05-2019 14:56 "Tupoy"a görə danışanlar, "it balası"na görə susurlar - VİDEO
- 21-05-2019 13:36 "Vaşinqton Post": İranla müharibə bataqlıqların anası olacaq - ANALİZ
- 02-05-2019 15:38 Necə oldu ki, camaatın əksəriyyəti din təhsilinə razı deyil?
- 01-05-2019 09:54 Əlavə qaz pulu ödənişləri əhaliyə qaytarılsın - EKSPERT
- 30-04-2019 10:57 Təhlükə Azərbaycana da gəlib çıxdı: Uşaqların yoxa çıxmasının səbəbi bilindi