
Bu il Bakıda Novruz bayramı karvanı təşkil olunmayacaq.
Paytaxtın bayram şənliyi proqramında dəvələr, süvarilər və faytonların müşayiəti ilə böyük karvanın təşkil olunması nəzərdə tutulmayıb.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu il “İlaxır çərşənbə” Novruz bayramı ilə (martın 20-si) üst-üstə düşür. Ona görə də “İlaxır çərşənbə” ilə bağlı ayrıca mərasim olmayacaq.
İcra Hakimiyyətindən qeyd edilib ki, bayramla bağlı rəsmi dövlət tədbiri keçiriləcək: “Karvanın təşkil olunub-olunmayacağına Mədəniyyət və Turizm Nazirliyi aydınlıq gətirə bilər”.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov isə deyib ki, indiyə qədər bayram karvanını Bakı Şəhər İcra Hakimiyyəti təşkil edib: “Nazirliyin öhdəsinə düşən bayram tədbirlərinin də siyahısı artıq məlumdur və ictimaiyyətə açıqlanıb. Tədbirlər planında Novruz bayramı karvanının təşkil olunması məsələsi nəzərdə tutulmayıb”.
Qeyd edək ki, hər il Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İlaxır çərşənbə”si günü metronun “İçərişəhər” stansiyası və İcra Hakimiyyəti binasının arasındakı sahədən - qala divarları önündən Novruz personajları – Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər və faytonların müşayiəti ilə böyük bayram karvanı Suraxanı “Atəşgah”ına yola düşürdü. “Atəşgah”dan od götürən bayram karvanı Fəvvarələr meydanından Gənclər meydanına gələrək bayram tonqalını alovlandırır və Dədə Qorqudun Novruz xeyir-duası ilə incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil edilirdi.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi