Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Mart

2018
12:51
3002
Erməni təzyiqləri ilə üzləşən Fuad Abbasovla bağlı Prezidentə müraciət

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı erməni təzyiqləri nəticəsində işini, indi də evini itirən, Moskvada yaşayan azərbaycanlı araşdırmacı jurnalist Fuad Abbasovla bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə, Rusiyada yaşayan azərbaycanlı iş adamlarına, diaspor rəhbərlərinə, Azərbaycan ictimaiyyətinə müraciət edib.

QAT mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumatda deyilir: "Rusiyanın müxtəlif telekanallarında erməni yalanlarını cəsarətlə ifşa edən, Azərbaycan, Qarabağ həqiqətlərini çəkinmədən milyonlarla insan auditoriyasına çatdıran azərbaycanlı jurnalist Fuad Abbasova hamının gözü qarşısında ermənilər tərəfindən divan tutulur. Fuad Abbasova qarşı olan hücumlar  hamımıza, Azərbaycan həqiqətlərinə qarşı olan hücumdur. Bunu hər kəs bilməli, bu haqsızlıqlara görə susmamalı, dəyərli həmvətənimizi müdafiə etməlidir. Fuad Abbasov həm həqiqətin tərəfdarı, həm də dəyərli Azərbaycan oğlu olmaqla ermənilərin yalanlarına qarşı cəsarətlə çıxış edib, ağlı, dərrakəsi ilə, tutarlı faktları ilə erməni saxtakarlıqlarını ifşa edib, çox vaxt erməni hücumlarının qarşısını təkbaşına alıb. Buna görə də ermənilərin qəzəbinə tuş gəlib, ermənilər onu özlərinə hədəf seçiblər. Ermənilərin haqqa qarşı, düz söz deyənlərə qarşı hansı iyrənc metodlardan istifadə etdikləri hamıya məlumdur. Biz bu məsələ ilə bağlı Rusiya hakimiyyət orqanlarını da ermənilərə dəstək verməkdə, onların məkrli niyyətlərini həyata keçirməsinə şərait yaratmaqda ittiham edirik. Məhz ermənilərin düşmən münasibəti nəticəsində Fuad Abbasov 2016-cı ildə işindən uzaqlaşdırılıb, indi isə yaşadığı mənzilindən çıxarılmaq, küçəyə atılmaq təhlükəsi qarşısında qalıb. Hesab edirik ki, Fuad Abbasovun ailəsi, iki azyaşlı uşağı ilə birlikdə bu cür acınacaqlı vəziyyətə salınmasına heç kəs biganə qala bilməz. Ermənilər it sürüsü kimi bu adamın üzərinə düşüblər. Buna yol vermək olmaz. Hər kəsi Fuad Abbasovu müdafiə etməyə çağırırıq."

Məqalədə : Akif Nağı Fuad Abbasov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
302

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
185

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
269

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
202

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
216

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
196

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
217
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 06:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru