Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2018
15:25
“ASAN xidmət” yeni xidmətlər üzrə rüsumu açıqlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət”də həyata keçirilən fiziki və hüquqi şəxslərin sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi xidmətlərinin rüsumunu açıqlayıb.

FaktXəbər-in məlumatına görə, Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, fiziki şəxslər sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi üçün mərkəzə şəxsiyyətini təsdiq edən sənəd, VÖEN, Asan imza, Rüblük (3 aylıq) gəlirləri əks etdirən məlumat (bank çıxarışları, mədaxil və ödəniş qəbzləri), hüquqi şəxslər isə hüquqi şəxsin rəhbərinin şəxsiyyətini təsdiq edən sənəd, VÖEN, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, hüquqi şəxsin nizamnaməsi, Asan imza, rüblük (3 aylıq) gəlirləri əks etdirən məlumat (bank çıxarışları, mədaxil və ödəniş qəbzləri) təqdim etməlidir.

Xidmət haqqına gəlincə Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib ki, fiziki şəxslər sadələşdirilmiş rüblük (3 aylıq) və illik vergi bəyannamələrinin ödənişi üçün 20 manat, sadələşdirilmiş rüblük (3 aylıq) və illik ödəmə mənbəyindən tutulan vergi bəyannamələrinin ödənişi üçün isə 30 manat ödəməlidir. Hüquqi şəxslər üçün xidmət haqqı 60 manat müəyyənləşdirilib.

Şöbədən bildirilib ki, xidmətlər mərkəzdə dərhal həyata keçirilir.

Qeyd edək ki, fiziki və hüquqi şəxslərin sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi xidmətləri 3 saylı Bakı “ASAN xidmət” mərkəzində həyata keçirilir. Vətəndaşlar bu çərçivədə Vergilər Nazirliyinə rüblük sadələşdirilmiş, illik əmlak və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təqdim edilməsi, şəhadətnamə-dublikatların onlayn sifariş edilməsi, onlayn kargüzarlıq bölməsinə gəlmiş məktubların vaxtında cavablandırılması, aylıq elektron qaimələrin göndərilməsi, əmək müqavilələrinin onlayn qeydiyyatı, Dövlət Sosial Müdafiə Fonduna rüblük hesabatının verilməsi, Dövlət Statistika Komitəsinə rüblük və illik hesabatların təqdim edilməsi xidmətlərindən yararlana bilərlər.

Məqalədə : ASAN Xidmət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlər Kabinetində yeni təyinatlar olub

05

Dekabr
17:49
SİYASƏT
271

Xəzər rayonuna 11,8 milyon manat ayrılıb

05

Dekabr
17:44
NƏQLİYYAT
287

Putin yeni müharibə proqnozu verdi

05

Dekabr
16:57
DÜNYA
467

2020-ci ilin rəngi seçildi

05

Dekabr
16:35
DÜNYA
333

Qaxda bal emalı müəssisəsi açılıb

05

Dekabr
16:13
İQTİSADİYYAT
264

Bakıda maşın iki piyadanı vurub, ölən var

05

Dekabr
15:32
HÜQUQ,HADİSƏ
322

Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb

05

Dekabr
15:30
ELM / TƏHSİL
7387
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 00:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru