Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2018
15:14
Azərbaycan İslam Partiyasına ağır itki üz verib

Partiyanın Tərtər Rayon Komitəsinin sədri Əli Zeynalov uzun sürən ağır xəstəlikdən dünyasını dəyişib. Partiyanın mətbuat xidmətindən verilən məlumatda deyilir:

"Əli Zeynalov 1950 ci ildə Tərtər rayonunun Qaraqoyunlu qəsəbəsində anadan olub. Ali təhsilli iqtisadçı olsa da ömrünün çox hissəsini ictimai-siyasi işlərə həsr etmişdir. Fəal həyat mövqeyi onu yaşadığı rayonun və ölkənin geniş ictimayətinə tanıtmışdır. Mehriban, səmimi və ünsiyyətcil xarakterə malik insan kimi Əli Zeynalov cəmiyyətin bütün təbəqələri tərəfindən hörmət və izzətlə qarşılanırdı. Vətənpərvər, torpağına, elinə və xalqına bağlı Ə.Zeynalov Tərtərin yağı düşməndən qorunmasında dəfələrlə ölümün üzərinə getmiş, istər vaxtilə könüllü döyüşçüləri, istərsə də hazırkı dövrdə Silahlı Qüvvələrin əsgərlərini erməni qəsbkarları ilə döyüşə ruhlandırmaqla, onlarda işğalçılara qarşı nifrət hissi yaradırdı. 

Əli Zeynalov siyasi fəaliyyətə Azərbaycan İslam Partiyasında başlayıb. O, partiya sıralarında 20 ildən artıq fəaliyyət göstərib. Ə.Zeynalov qurumun Tərtər Rayon Komitəsinin sədri vəzifəsini daşıdığı uzun illər ərzində ətrafına əqidəli, mənəvi sağlam insanları toplamağı bacarmış, siyasi mübarizə yolunda uğurlu addımlar atmışdır. O, yaşadığı bölgənin ictimai-siyasi həyatında, cəmiyyətin şüurunda təsiedici gücə malik fikir və düşüncə sahibi olmağa çalışmış, bu istiqamətdəki fəaliyyətində, bütün sahələrdə ədalətin qorunması və bərpa olunmasında cəsarətli addımlar atmışdır.

Əli Zeynalov qayğıkeş ailə başçısı, gözəl dost, dönüşü olmayan əqidə sahibi idi. Mənsub olduğu, qəlbən bağlandığı Azərbaycan İslam Partiyasının, qurumun rayon komitələrinin hakimiyyət tərəfindən təqib və təhdid olunmasına baxmayaraq Əli Zeynalov tutduğu düzgün yoldan dönməmiş, İslamçılıq əqidəsinə daim-ömrünün sonuna kimi sadiq qalmışdır.

Əli Zeynalovun əziz xatirəsi onu sevənlərin, əqidə dostlarının, partiya mənsublarının, yaxınlarının qəlbindən heç zaman silinməyəcək, həmişə yaddaşlarda yaşayacaq, ruhuna dualar oxunacaq.

Azərbaycan İslam Partiyasının rəhbərliyi AİP Tərtər Rayon Komitəsinin sədri, siyasi xadim Əli Zeynalovun vəfatı münasibətilə kədərləndiyini bildirir, Allahdan ona rəhmət diləyir, ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!"

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48263

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46307

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47951

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47556

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53139

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47189

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47585
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-10-2020 09:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru