Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2018
10:53
Azərbaycanlı rejissorun kinolayihəsi Kannda

Kann film festivalının “L’atelier” proqramına seçilən 15 kinolayihənin adı açıqlanıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, festivalın tarixində ilk dəfə olaraq bu siyahıda azərbaycanlı rejissor Elvin Adıgözəlin üçüncü uzunmetrajlı filmi olacaq “Yaşar” kinolayihəsi də yer alıb.

Qeyd edək ki, “L’atelier” proqramı Kann beynəlxalq kinofestivalının tərkibində 2005-ci ildə bu sahədə yeni nəsil yaradıcı insanların üzə çıxarılması məqsədilə təsis olunub. Proqrama seçilən kinolayihələr Kann film festivalı üçün xüsusi əhəmiyyət daşıyır.

“Çəkilməmiş film üçün bu ən yüksək beynəlxalq hədəfdir. Bütün mənalarda Azərbaycan kinosu üçün böyük uğurdur”, - deyə “Yaşar” kinolayihəsinin prodüseri Teymur Hacıyev bildirib.

Məqalədə : Kann festivalı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43473

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41774

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43421

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42897

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48405

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42925

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43365
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2020 15:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru