Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2018
09:15
Netanyahu Vaşinqtonda Trampla görüşüb

İsrail rejiminin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edib. 

FaktXəbər-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp ilə İsrail rejiminin baş naziri Binyamin Netanyahu Oval Ofisdə kameralara poza verdikdən sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

FaktXəbər-in məlumatına görə, Tramp ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və Amerika səfirliyinin Qüdsə köçürülmə qərarına dair, "indiyə qədər gələn prezidentlər bu məsələ ilə bağlı həmişə danışırdılar, vəd verirdilər. Biz isə bu addımı atdıq", - deyə bildirib.

Tramp Qüdsə köçürüləcəyi açıqlanan Amerika səfirliyinin açılış mərasimi barədə də, "vaxt edə bilsəm, mərasimdə iştirak edəcəyəm", söyləyib.

"Yaxın Şərqdə sülh" ilə bağlı şərhində Qüds məsələsini müzakirələrdən çıxardıqlarını və beləliklə də sülhün önündəki əngəlləri azaltdıqlarını müdafiə edən Tramp, sülh prosesi üçün hər iki tərəflə da yaxın olduqlarını iddia edib.

Daha sonra çıxış edən Netanyahu isə ABŞ-ın Qüds qərarına görə Trampa təşəkkür edib və bunu heç vaxt unutmayacaqlarını söyləyib.

Regional məsələlərdə İsrailin qarşılaşdığı ən mühüm problemin İran olduğunu söyləyən Netanyahu, İranın dayandırılmasə lazım olduğunu deyib.

Xatırladaq ki, Şərqi Qüdsü 5 iyun 1967-ci ildə işğal edən İsrail, 1980-ci ildə birtərəfli olaraq şəhərin şərqini və qərbini "birləşmiş paytaxt" elan edib. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1980-ci ildə qəbul etdiyi 478 saylı qərarla, İsrailin işğal və paytaxt elanını etibarsız sayıb. BMT TŞ qərarı çərçivəsində ABŞ, o cümlədən beynəlxalq cəmiyyət Şərqi Qüdsün işğal altında olduğunu qəbul edir.

Netanyahunun Vaşinqtona səfəri onun İsraildə korrupsiya ittihamları ilə bağlı qarşılaşdığı çətinliklər fonunda edilir. İsrail təhqiqatçıları Netanyahu və onun xanımı Sara Netanyahunu aparılan təhqiqatla əlaqədar sorğu-sual edib. Ağ Evdə görüşdən bir neçə saat əvvəl isə baş nazirin keçmiş yardımçılarından biri təhqiqatlardan biri çərçivəsində şahid qismində ifadə verməyə hazır olduğunu bildirib.

Məqalədə : Netanyahu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53956

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52094

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53549

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53289

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58643

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52894

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53313
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-11-2020 17:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru