- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Sumqayıt şəhərində, 5-ci məhəllə, ev 1811 ünvanındakı binanın zirzəmisində yaşayan ailənin təxmin edildiyi kimi dəm qazından boğularaq ölməsinə dair bəzi yeni təfərrüatlar məlum olub.
Qonşuların dediyinə görə faciəli şəkildə ölənlər əvvəl KİV-lərin bildirdiyi kimi məcburi köçkün ailəsi deyil. Ailədə təkcə qadın Füzuli rayonundan məcburi köçkündür. Yaxınlıqda yaşayanların bildirdiyinə görə ailə bir neçə ay əvvəl bu binanın zirzəmisində məskunlaşıb. Onlar əvvəllər Xəzər bağlar massivində yaşayıblar və evlərini sataraq həmin zirzəmidə məskunlaşıblar. Ailənin qonşulardan heç kimlə münasibətləri olmayıb.
FaktXəbər-in "Virtualaz"a istinadən məlumatına görə, 5-ci məhəllədə demək olar ki, əksər çoxmərtəbəli binaların zirzəmisində yaşayış var. Zirzəmi-mənzillərə qaz çəkilib, sakinlər istilik üçün “ceyran peçi” kimi tanınan çuqun sobadan istifadə edir. Bu zirzəmi-mənzillərdə əsasən kirayənişinlər məskunlaşıblar.
Qonşuların bildirdiyinə görə onlar ailənin faciəli şəkildə məhv olmasından dərhal xəbər tutmayıblar. Çünki evdə televizorun səsi gəlirmiş və işıqlar yanırmış. Bu səbəbdən qonşular heç nədən şübhələnməyiblər.
Yalnız ailənin yaşadığı zirzəmidən kəskin iyin gəlməyə başlamasından sonra qonşular “JEK”ə müraciət ediblər. “JEK” işçiləri polislərin müşaiyəti ilə zirzəmiyə baxış keçirəndə dəhşətli faciə üzə çıxıb. Məlum olub ki, ailənin başçısı-1961-ci il təvəllüdlü Rafiq Hüseynov hamamda boğulub ölüb. Onun həyat yoldaşı Hüseynova Yeganənin meyiti qapının ağzında tapılıb. Ehtimal ki, qadın dəm qazından xilas olmağa çalışıb və qapını açmaq istərkən keçinib. Hüseynovların qızı, üç azyaşlı uşağı ilə birlikdə valideyinləri ilə zirzəmidə məskunlaşan Hüseynova Sara və uşaqlarının meyitləri isə yataqda aşkarlanıb.
Zirzəmi-mənzildə dəm qazının hamamda quraşdırılmış su qızdırıcısından yarandığı təxmin edilir. Çünki içəridə qaz sobası aşkarlanmayıb. Ailənin günlər əvvəl boğulub öldüyü təxmin edilir. Belə ki, təxminən 3 gün əvvəldən yaxınlıqda yaşayanlar, habelə küçədən keçənlər oradan çürümüş meyit iyinə xas kəskin iy hiss etməyə başlayıblar. Meyitlər ötən gün çıxarılıb morqa aparılsa da hazırda da ətrafdan kəskin iy çəkilməyib.
Əməkdaşımız xəbər verir ki, hazırda prokurorluq işçiləri zirzəmi-mənzilin qapısını möhürləyib. İçəridə və ətraf ərazidə dezinfeksiya işləri aparılır. Heç kim, o cümlədən ailənin yaxınları içəri buraxılmır.
Bununla belə mənzilə girən “JEK” işçilərindən biri deyib ki, ailə zirzəmidə məskunlaşsa da orada şərait elə də pis olmayıb. Otaqlar normal təmirli imiş və məişət şəraiti yaşayış üçün münasib imiş.
22-02-2019 12:13 DYP rəsmisi Sumqayıtdakı qəzadan danışdı
22-02-2019 09:49 Sumqayıtda avtobus qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ
18-02-2019 15:12 Sumqayıta 3 milyon manat ayrıldı - Sərəncam
14-02-2019 15:39 Sumqayıt şəhərinin 70 illik yubileyi qeyd ediləcək
08-02-2019 10:35 Bakı-Sumqayıt yolunda QƏZA tıxaca səbəb oldu
07-02-2019 15:08 Bakı-Sumqayıt elektrik qatarlarının hərəkəti dayandırılır
- 21-02-2019 14:39 Millətçiliyi ayaq altına qoyan qəradərili - MALKOLM X
- 06-02-2019 16:11 Hitlerin yəhudi əsgərləri
- 05-02-2019 11:07 Sənədi itmiş adam nə edə bilər?
- 30-01-2019 16:50 43 milyon müsəlmana 300 məscid… ARAŞDIRMA
- 16-01-2019 16:06 Sovet kosmonavtları Brejnevə qarşı 50 il əvvəl olan sui-qəsddən danışdılar
- 07-01-2019 12:10 Masonlar barədə həqiqətlər və miflər - ARAŞDIRMA
- 27-12-2018 14:43 Ürək ağrısı ilə oxuyacağınız bir yazı və dəhşətə düşəcəyiniz FOTOLAR
- 06-12-2018 16:22 Bir dövr prezident oldu, qanlı müharibə ilə yadda qaldı
- 29-11-2018 15:54 ABŞ-ın "Böyük Gerb"inin sirri və ya Troya atı - ARAŞDIRMA
- 19-11-2018 17:56 Parkinson xəstəliyindən əziyyət çəkən Razi tələbələrinə nə dedi? - ARAŞDIRMA
- 13-11-2018 12:03 Bakının ən qədim bazarı sökülür: yerində... - FOTO
- 12-11-2018 11:34 Müşfiqin məzarı ilə bağlı yeni versiya - "Onu mən dəfn etdim"
- 02-11-2018 15:33 Fələstinin taleyini dəyişdirən məktub: Balfur Bəyannaməsi
- 25-10-2018 14:24 Hüseyn Cavidin həbs olunduğu gecə: üzünə duran NASİR və ələ salan TƏLƏBƏSİ
- 21-10-2018 15:11 Dünya tibb elmində inqilabi nəzəriyyənin banisi olan azərbaycanlı
- 19-10-2018 15:11 Nazirlərin məşhur ataları - Akademik, deputat, polis polkovniki
- 11-10-2018 10:20 55 milyon dollara təyyarə alan Zamirə Hacıyeva kimdir? - VİDEO
- 29-09-2018 14:33 Azərbaycanda yüksək ranqlı məmurların, nazirlərin övladları harada çalışır? - SİYAHI
- 21-09-2018 14:32 "Oğlunun başını kəsən ata" saxta videosunun əsl görüntüləri – VİDEO
- 17-09-2018 13:27 Kemp Devid müqaviləsindən 40 il ötür - FOTO
- 14-09-2018 09:55 Sabiq nazirlər nə işlə məşğuldurlar?
- 31-08-2018 22:35 MUSA SƏDR - Qəddafi çağırmışdı, indi bütün dünya onu axtarır
- 06-08-2018 15:20 Qarabağa olan 900 metrlik sevgimizin görüntüləri - FOTO-VİDEO
- 18-07-2018 15:50 II Yelizavetanın Trampla görüşə taxdığı yaxa sancaqlarının sirri - FOTO
- 12-07-2018 12:47 Adnan Oktar tutulmasaydı Azərbaycanda nələr baş verə bilərdi?! - VİDEO-FOTO