Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Mart

2018
10:17
Kriminal avtoritetin gizlətdiyi silah-sursat oğurlandı

Masallıda evdən silah sursat oğurlayan şəxs saxlanılıb. Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, yanvar 14-də rayonun Səmidxan kənd sakini Pərviz Səmədov oğurluq məqsədilə həmin kənd sakini, kriminal aləmdə “Axsaq Ceyhun” kimi tanınan Ceyhun Kərimova məxsus yaşayış olmayan evə qanunsuz yolla daxil olub. Həmin evdən bir ədəd “Kalaşnikov” tipli AKSM markalı avtomat, bir ədəd RQD-41, 4 ədəd F-1 markalı əl qumbarası alışdırıcısı ilə birlikdə, 1 ədəd siqnal vermək üçün nəzərdə tutulmuş tapança, 3 ədəd içərisində ümumilikdə 81 ədəd patron olan avtomat darağını oğurlayaraq dayısına məxsus yaşayış olmayan evin həyətində olan yardımçı tikilidə basdırıb.

İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq məhkəmə qərarı əsasında Ceyhun Kərimova məxsus evdə aparılmış axtarış zamanı oradan içərisində 30 ədəd 5.45 çaplı güllə olan 1 ədəd avtomat darağı aşkar edilərək götürülüb. Hər iki şəxs saxlanılıb və törətdikləri əməli etiraf edib. 

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məqalədə : Kriminal avtoritet 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
3861

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
3127

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
4906

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
4924

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
5806

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
4611
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-07-2020 15:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru