Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Analar üçün can rahatlılığı, atalar üçün məsrəf, uşaqlar üçün isə təhlükə… Söhbət uşaq bezlərindən gedir. Analar övladları üçün bundan günəlik istifadə edirlər. Amma bəzi hallarda uşaq bezlərinin körpələrdə problem yaratması onları narahat edir. Həkimlər körpələrə bezdən tez-tez istifadə etməyi məsləhət görmürlər.
Bildirilir ki, onların dərisi 2-3 yaşlarından formalaşmağa başlayır. Bu dövrə qədər dəri həssas olur. Bu dönəmdə körpələrin bezsiz saxlanması tövsiyə edilir. Çünki sintetik materildan hazırlanmış bezlər körpə dərisini qıcıqlandıra bilər. Mütəxəssislər bez islanarkən dərini quru saxlamaq qabiliyyətinə malik olması fikri ilə də razılaşmırlar. Onlar hesab edirlər ki, bez dəridə problem yaradırsa, deməli, tərkibində kimyəvi maddələr var.
Alimlərin araşdırmasına görə, bütün kağızabənzər məhsulların istehsalı zamanı xlorla ağardılan məhluldan istifadə olunur. Bu, məhluldan uşaq bezlərinə də vurulur. Nəticədə dioksin adlı zərərli maddə meydana gəlir ki, bu da körpənin sağlamlığını təhlükə altına qoyur. Dünya Səhiyyə Təşkilatı da istehsal olunan uşaq bezlərinə zərərli maddələrin hopduğunu bəyan edir. Bundan başqa, uşaq bezinin hazırlanmasında neft tullantılarından da istifadə olunması iddia edilir. Hətta uşaq bezlərinin tərkibində parafin maddəsinin olduğu bildirilir. Bəzən bu maddənin adı vazelin kimi də çəkilir. Hətta ondan kosmetika sahəsində geniş istifadə olunur. Bu maddə sidiklə kontakta girdikdə həssas körpə dərisində toksik şok deyilən fəsada gətirib çıxara bilər. Ona görə də gigiyenik sertifikatı olan məhsulları almaq məsləhət görülür.
Mütəxəssislər deyirlər ki, belə məhsullar adətən topdansatış mərkəzlərdə satılır. Ona görə də analar diqqətli olmalıdırlar. İlk növbədə körpəni 24 saat bezdə saxlamaq düzgün deyil. Uşaqların sidiyi saxlaya bilməməsində də bezdən mütəmadi istifadə başlıca rol oynayır. Mütəxəssilər deyirlər ki, xüsusi qaydalar var ki, buna mütləq əməl edilməlidir. Bez uşağın əyninə dar olmamalıdır. Xüsusən də oğlan uşaqları üçün bundan istifadə risklidir. Tibbdə də bezin istilik yaradan, hava keçirməyən xüsusiyyətini nəzərə alaraq, oğlan uşaqları üçün istifadəsi tövsiyə edilmir. Bəzi araşdırmalar göstərir ki, uzun müddət bezdə gəzən oğlan uşaqlarının cinsiyyət orqanı formalaşmadan geri qalır, yaxud da müəyyən problemlər yaranır. İngiltərə, Almaniya, Türkiyə kimi ölkələrdə pambıqdan, təbii parçadan yeni bezlər hazırlanır. Hansı ki bu bezlər körpənin sağlamlığını təhlükə altına qoymur. Hətta bir neçə dəfə yuyularaq istifadə oluna bilir. Belə bezlərin Azərbaycanda da istifadəsi uşaqların təhlükəsizliyi üçün vacibdir.
Bəs sizin uşaq bezi möcüzəsinin necə yaranmasından xəbəriniz varmı? Təbii ki, uşaq bezlərini ilk dəfə xanım icad edib. 1949-cu ildə sabun qıtlığının yarandığı bir vaxtda amerikalı qadın Marion Donoyan yenicə dünyaya gəlmiş körpəsinin paltarlarını yuya bilmir. Vəziyyətdən çıxış yolu üçün duş pərdəsinin bir hissəsini kəsir, bez formasında altlıq tikir. Sonra bu materialın uşağı bişirdiyini və hava keçirmədiyini yəqin edib, paraşüt neylonundan istifadə etmək qərarına gəlir. Bezin ortasına isə pambıqdan xüsusi qat hazırlayır. Beləcə, yeni uşaq bezləri meydana gəlir. Marion bu bezlərin istehsalını genişləndirmək və getdikcə təkminləşdirmək qərarına gəlir. Nüfuzlu fabriklər əvvəlcə bez “möcüzəsi”nə inanmır, amma getdikcə tələbatın artdığını görüb bezlərin istehsalına başlayır. Beləliklə, getdikcə müasir formaya salınan bezlər dünyanın hər tərəfinə yayılır.
- 24-04-2018 11:56 Uşaqlarını xaricə aparan valideynlərə XƏBƏRDARLIQ!
- 24-04-2018 11:30 Öz-özünüzə sual edin - hələ də boşanmaq istəyirsiniz?
- 16-04-2018 20:52 Bu meyvə-tərəvəzlə qidalanmaq xəstəlik yarada bilər - TƏHLÜKƏ
- 13-04-2018 13:01 Qida təhlükəsizliyi mətbəxdə bitir
- 13-04-2018 11:51 Dərmanların qəbulu nəticəsində yaranan hallar
- 11-04-2018 16:00 Qoz ürəyə ətdən xeyirlidir
- 10-04-2018 11:29 Azərbaycanda orta ömür həddi açıqlanıb
- 09-04-2018 09:51 Protein kimə zərərlidir? - AÇIQLAMA
- 07-04-2018 15:13 Kahının müalicəvi faydaları
- 06-04-2018 09:47 Azərbaycanda ağır tibbi əməliyyat həyata keçirilib
- 04-04-2018 09:22 Azərbaycanda peyvənddən kənarda qalan uşaqlarla bağlı QƏRAR
- 03-04-2018 14:24 Nazirlikdən boğaz ağrı ilə bağlı AÇIQLAMA
- 02-04-2018 16:03 Saç tökülməsi və kəpək əleyhinə resept
- 28-03-2018 21:30 Azərbaycanda nə qədər vərəmli xəstə var?
- 28-03-2018 15:17 Alimlər insan bədənində yeni orqan kəşf etdilər
- 27-03-2018 12:11 Bakıda Bona Dea hospitalının açılışı olub
- 22-03-2018 09:48 Salat yaddaşı gəncləşdirir
- 19-03-2018 16:02 Vərəm bədənimizdə aşkar edilmədən sakitcə yayılır
- 16-03-2018 16:43 Bizə can verən QAN
- 16-03-2018 10:05 Gündə 6 dənə yemək xərçəngə qarşı qalxan yaradır - FOTO
- 13-03-2018 16:05 Dərman içməyi sevməyənlər üçün soyuqdəymədən resept
- 12-03-2018 13:09 Dünya yeni fəlakətin astanasında: Ölmücül "X xəstəliyi" yaxınlaşır
- 09-03-2018 16:36 2017-ci il 638 insan böyrək çatışmazlığından ölüb
- 08-03-2018 13:16 Martın 8-i Ümumdünya Böyrək Günüdür
- 07-03-2018 15:55 Bananla kəsmik qarışığının FAYDALARI

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
26-04-2018 03:45
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]