
Bu gün “Əsgər Analarına Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Xocalıda sönən çıraq” adlı tədbir keçirilib.
Müqəddəs Quran ayəsinin oxunması ilə başlanan tədbirdə ilk söz alan AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova Xocalı faciəsinin Azərbaycan tarixində ilk soyqırım olmadığını tədbir iştirakçılarının diqqətinə çatdırdı:
“Tarixi yazarkən vicdanın səsinə qulaq asanlar, qələmi əlinə alarkən əsl qələm sahibini düşünənlər, Azərbaycanın başının üstündən milyon illər boyu keçən qara buludlardan, təlatümlərdən xəbərdardırlar. Biz də öz növbəmizdə zamanımızda baş verən qanlı hadisələrin şahidi olmuşuq.İlk növbədə özümə və burada cəmləşən hörmətli tədbir iştirakçılarına sual verirəm, hər il təşkil olunan bu tədbirlərdə iştirak etməkdə məqsədimiz nədir? Əgər, üzərimizə düşən vəzifəni yalnız ömrümüzü keçirmək məqsədiylə deyil, xalis əməl xatirinə yerinə yetirəriksə, Allah bizləri öz pak hədəflərimizə çatdıracaqdır.”
Xocalı faciəsində əsir düşmüş həmvətənlərimizin, şəhid olmuş əsgərlərimizin haqqına toxunan Növrəstə İbrahimova, edilən haqsızlıqların yerdə qalmaması üçün Allahdan xalqımıza səbr diləmədiyini vurğuladı: “Yaşadığımız rəzilliklər qarşısında, Yaradanımız qarşısında cavabdehik. Biz, Allahın haqqına təcavüz edənlərlə müharibə aparırıq. İnşaAllah işğal olunmuş torpaqlarımızı tezliklə azad etməyimiz üçün Allah bizə güc və təpər versin”.
Daha sonra söz alan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev 26 Fevralı tariximizin qara səhifəsi kimi qiymətləndirdi: “İkinci dünya müharibəsində ingilislər Almaniyadan qisas almaq üçün Drezdendə yerləşən mədəniyyət mərkəzini yerlə- yeksan etdilər, yaxud amerikalıların Yaponiyaya iki atom bombası atması Sakit okeanda Yaponiyanın ABŞ hərbi bazalararını məhv etməsi aktına cavab idi. Ümumiyyətlə, qisas almaq mübarizə aparan tərəflərin normal aksiyasıdır və azərbaycanlılar da Xocalı faciəsinin qisasını almaq haqda daim düşünməlidirlər”.
Partiya sədri Mübariz İbrahimov nümünəsinə də toxunaraq bildirdi ki, gənclərimiz onun fikirləri əsasında tərbiyə almalı, Mübariz İbrahimovun etdikləri daim cəmiyyətdə təbliğ olunmalıdır.
Tədbirdə Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev də nitq söylədi. Xocalı faciəsini Azərbaycan tarixinin acınacaqlı və qanlı səhifəsi kimi qiymətləndirən natiq, vurğuladı ki, Xocalıda baş verənlərin cavabı təkcə qisas və intiqam alınmaqla yekunlaşmamalı, Azərbaycan dövləti və xalqı öz gələcəyini tənzimlənməsi üçün tökülən şəhid qanlarından hər zaman ibrət götürməlidir:
“Bu məsələ bizim əqidəmizlə də bağlıdır. İslam – İnsanın fitrətindən qaynaqlanan dindir. Hər bir müsəlman gündəlik icra etdiyi 5 namazda Fatihə surəsi vasitəsiylə Allahından doğru yola yönəlməsini istəyir: “Məni düz yola hidayət elə, bəndələrinə nemət verdiyin yola”. Sual ortya çıxır, bu hansı nemətdir ki, insan gün ərzində 5 vaxtda Allahdan nemət verilmiş insanların yolunda olmağını istəsin..."
"Bu cümlə Həzrəti Musa Əleyhissalamın buyuruşunda öz mənasını tapır. Quran ayəsində Allah Musa(ə) dilindən bəyan edilən cümlədə buyurur: “Sən mənə böyük bir nemət əta etmisən, bu heç zaman zülm əhlinə dayaq olmamaq nemətidir”.
"Düşünürəm bu, çox dəqiq ifadə olunmuş mətləbdir ki, Allah Təala hamıya vacib edib. Xocalı faciəsini yaşatmaqda məqsədimiz zülmün qarşının alınmasına xidmət etməlidir.”
Tədbirin sonunda iştirakçılara Xocalı faciəsinə həsr edilmiş xatırlatma şəkilləri paylanıldı.

İsrail növbəti dəfə Qəzzanı bombaladı, yaralananlar və dağıntılar var - VİDEO
17
Aprel
Azad edilmiş ərazilərin minalardan təmizlənməsini çətinləşdirən amillər AÇIQLANDI
17
Aprel
ÜST rəhbəri: “Ölkələr arasında peyvəndlərin bərabər bölgüsünü təmin edə bilmirik”
17
Aprel
DYP avtomobillərini texniki baxışdan keçirməyən sürücülərə müraciət edib
16
Aprel
Tiflisdə silahlı şəxslər Gürcüstan Bankına basqı edib insanları girov götürüblər
16
Aprel- 15-04-2021 11:52 Vilayət Eyvazov şəhid oğluna vəzifə verdi
- 14-04-2021 14:53 Yol polisi uşağı xidməti maşınla vuraraq öldürdü
- 12-04-2021 17:09 İki icra başçısının həbs müddəti uzadıldı
- 12-04-2021 11:45 DİN Qubad İbadoğlunun qızının iddialarını araşdırır
- 10-04-2021 10:35 Polis əməliyyat keçirdi, həbs edilənlər var - VİDEO
- 09-04-2021 14:52 Sürücünün döyülərək maşınının əlindən alınması iddiasına - Rəsmi cavab
- 09-04-2021 11:43 Bakıda evdən 10 min manatlıq oğurluq edildi
- 08-04-2021 15:21 İki şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb
- 08-04-2021 15:04 Müəllim onlayn dərsə hazırlaşarkən vəfat etdi
- 07-04-2021 14:38 Məktəb direktoruna cinayət işi açılıb
- 07-04-2021 10:58 Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor həbs edildi
- 06-04-2021 17:21 Ağdaş Mərkəzi Xəstəxanasının rəhbərinə cinayət işi açıldı
- 06-04-2021 16:40 Qara maska, oyuncaq tapança, saxta paqonlar - FOTO
- 05-04-2021 11:23 Rasim Quliyevin həbsi ilə bağlı - Rəsmi açıqlama
- 03-04-2021 11:19 Hacıbala Abutalıbovun “sağ əli” HƏBS EDİLDİ - FOTO
- 02-04-2021 15:40 "Məhkəmə-Hüquq Şurası haqqında" qanunda dəyişiklik
- 02-04-2021 14:25 Prokuror Hacı İlham Əliyeva 18 il iş istədi
- 31-03-2021 12:28 Hüseyn Abdullayev vətəndaşlıqdan çıxmaq istəyir
- 31-03-2021 10:57 Ödəmə terminallarından 25 min oğurluq edənlər saxlanılıb
- 30-03-2021 19:11 Prokuror Yunis Səfərova ömürlük cəza istəyib
- 30-03-2021 16:59 Baş Prokurora yeni köməkçi təyin olunub
- 30-03-2021 14:32 Məhkəmə Rövşən Əkbərovla bağlı qərar verdi
- 30-03-2021 14:18 Bakıda polis atəş açdı: Yaralanan var
- 30-03-2021 12:29 Tovuzda şəhid ailəsinə qarşı dələduzluq edən qardaşlar tutuldu
- 30-03-2021 11:22 Pakistanla yeni saziş Milli Məclisdə müzakirəyə çıxarılacaq