Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Fevral

2018
10:25
Azərbaycana gələn əcnəbilər - Ərəblərin sayı artıb

2018-ci ilin yanvar ayı ərzində Azərbaycana dünyanın 138 ölkəsindən 186,2 min və ya ötən ilin eyni ayı ilə müqayisədə 16,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlər Statistika Komitəsindən FaktXeber.com bildirilib ki, gələnlərin 30,7 faizi Rusiya Federasiyası, 24,5 faizi Gürcüstan, 13,0 faizi Türkiyə, 7,2 faizi İran, 4,4 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,2 faizi Ukrayna, 1,7 faizi İraq, 16,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 70 faizini kişilər, 30 faizini isə qadınlar təşkil edib.

İran istisna olunmaqla, Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar ayı ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,9 dəfə, Qətər vətəndaşlarının sayı 2,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,6 dəfə, Oman vətəndaşlarının sayı 2,1 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,5 dəfə, İraq vətəndaşlarının sayı 1,5 dəfə artıb. İrandan gələnlərin sayında 5,3 faiz azalma müşahidə edilib. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 35,2 faiz artaraq 32,9 min nəfər olub.

2018-ci ilin yanvar ayında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7 faiz azalaraq 5,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,9 faiz artaraq 67,3 min nəfər olub.

Cari ilin yanvar ayında ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 62 faizi dəmir yolu və avtomobil, 37,3 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib.

2017-ci ilin yanvar ayına nisbətən xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3 faiz azalaraq 299,3 min nəfər olub. Ölkə vətəndaşlarının 32,6 faizi Gürcüstana, 23,8 faizi İrana, 23,4 faizi Rusiya Federasiyasına, 12,5 faizi Türkiyəyə, 1,9 faizi Ukraynaya, 1,5 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 4,3 faizi isə digər ölkələrə səfər edib. Xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 78,3 faizi dəmir yolu və avtomobil, 20,8 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.

Məqalədə : Əcnəbilər turistlər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43478

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41789

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43446

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42912

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48425

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42950

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43370
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-09-2020 18:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru