DİN dünənki partlayış barədə məlumat yayıb

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2018
11:42
1520
DİN dünənki partlayış barədə məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Abşeronda çörəkbişirmə sexində partlayış barədə məlumat yayıb. DİN-in mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, fevralın 19-da saat 9 radələrində Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Rasim Ağaliyevə məxsus ümumi sahəsi 70 kv.m olan çörəkbişirmə sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.

Nəticədə qapı və pəncərə çərçivələri, habelə tavan və dam örtüyünün bir hissəsi dağılıb, eləcə də 50 kv.m sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Orada işləyən qəsəbə sakinləri Natiq Əmrahov, arvadı Elmira və qohumu Qızılgül Əmrahova yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Məqalədə : partlayış 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 03:16



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com