Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Fevral

2018
10:36
1515
Həzrət Zəhra (s.ə) kimdir?

Fatimeyi Zəhra (s.ə) Həzrət Peyğəmbər və Xədiceyi Kubranın qızıdır. Onun Tahirə, Raziyə, Mərziyyə, Mühəddəsə və Siddiqə kimi ləqəbləri var və Ümmül-əimmə onun künyəsidir.

Bəzi rəvayətə görə besətin 5-də Məkkədə dünyaya gəlib və hicrətin 11-də dünyadan köçüb.

O, İslamda böyük bir məqama sahibdir və Quran ayələri, hədislər buna şahidlik edir. "Kövsər", "İnsan" sürəsi, "Təthir" ayəsi və "Mübahilə" ayəsi onun Qurandakı məqamını bəyan edir. “Rizayət” hədisi başqalarını  qiymətləndirməkdə bir meyar rolunu oynayır.

Həzrət Zəhranın zikrləri və onun əlyazmaları bu xanımın xüsusiyyətlərindəndir.

Onun uşaqlıq həyatında baş verən hadisələrə müşriklər tərəfindən təcrid edilməsi, ac-susuz saxlanılması, anasını itirməsi və Mədinəyə hicrət etməsini göstərmək olar.

Onun Həzrət Əli (ə) ilə evlənməsi, necə həyat yoldaşı olması və ailədə necə analıq rolunu oynaması İslam tarixinin mühüm nöqtələrindəndir.

Paklıq, mehribanlıq, hidayət bu xanımın xüsusiyyətlərindəndir. YoldaşıƏli ibn Əbu Taliblə ev işlərininin bölünməsi İslam həyatının ibrətli səhnələrindəndir.

Əli, Həsən, Hüseynin də Allahın peyğəmbəri ilə birgə bir əbanın altında olan və bununla da bu xanımın da “Kisa əhli”ndən olması və "Təthir" ayəsinin nazil olması bu xanımın həyatının parlaq səhifələrindən biridir.

Onun ictimai və siyasi həyatı, habelə hicrətdə, Uhud döyüşündə İslam ordusuna kömək etməsi, Xəndək döyüşündə İslam ordusuna yemək çatdırması və Peyğəmbər dünyadan köçəndən sonra “Səqifə” macərasında ciddi mövqe tutması onun həyatının və İslam tarixinin ən önəmli hadisələrindəndir.

Bu pak xanımın İmam Əlinin (ə) üstünlüyünü göstərmək məqsədi ilə qəbilə böyüklərinin evlərinə getməsi və Qədir-Xum macərasını xatırlatması çox böyük əhəmiyətə malikdir.

Onun evinə hücum edilməsi İslam dünyasında bir çox ixtilaflara səbəb olub.

İslam tarixinin mübahisəli nöqtələrindən biri Fədək hadisəsi və xanımın "Fədəkiyə" xütbəsidir. Bu kəramətli xanımın nəzərincə, Fədək elə bir haqq idi ki, onu xanımdan haqsızlıqla qəsb etdilər və xanımın iddiaları və dəlillərini qəbul etmədilər. 

Onun İmam Əlini (ə) məcbur beyət olunması zamanı Həzrəti müdafiə etməsi və o xanımın evində baş verən hadisələr İslamın əvvəlində baş verən qarışıq hadisələrdəndir.

Onun bu qədər hadisələr qarşısında olan qəzəbi və narazılıqları, bu halda da dünyadan köçməsi insanı düşündürən məsələlərdəndir.

İslamın böyük şəxsiyyətlərindən olmasına baxmayaraq onun dəfni və qəbrinin gizli qalması bu barədə təhqiqat aparanların zehnində müxtəlif suallar yaratmışdır.

"Həqiqətən, Allah fəqət siz Əhli-beyti günah və çirkinliklərdən uzaqlaşdırıb, pak-pakizə etmək istəyib."

"Əhzab" sürəsi, 33-cü ayə.

Məqalədə : Fatimeyi Zəhra 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 03:40

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status