Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2018
15:37
Avropanı idarə edəcək 5 gənci ABŞ niyə çağırmışdı?
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi barədə araşdırma materialı

Əvvəli ötən sayımızda

(IV hissə)

Mülki qanadda, keçmiş faşist əsgər və partizanları, faşistlər və sağ siyasətdən müxtəlif şəxslər, bəzən iqtidara can atan solçular, bilərək və ya bilməyərək Gladionun əlaltıları oldular.

İkinci Dünya müharibəsinin sonun, “Soyuq müharibə”nin başlandığı günlər idi. Xüsusi bir proqramla Avropadan 5 gənc siyasətçi ABŞ-a getdi. Aralarında bir qadın idi - müharibənin qaliblərindən olan İngiltərədən Marqaret Tetçer. Helmut ŞmitHelmut Kol məğlub olub ikiyə bölünən Almaniyadan gəlmişdilər. Müharibənin digər qalibi Fransadan Valeri Jisqard d`Estanq seçilmişdi. Məğlub olmuş İtaliyadan seçilən hüquqçu isə Fraçeska Kossiqaydı.

50 il davam edəcək “Soyuq müharibə” illərində Avropanı idarə edəcək 5 gənc lider, ilk dəfə ABŞ-ın liderlik proqramında tanış oldular. Və beşi də “Soyuq müharibə”nin taleyini həll etdilər.

Kossiqa 55 il boyunca İtaliyanı idarə edən əsas şəxslərdən və “Soyuq müharibə” dövründə İtaliyada kommunizmə qarşı mübarizənin ən güclü liderlərindən biri oldu. Xristian Demokrat Partiyasından parlamentə daxil olduğu zaman 30 yaşı var idi. Və partiyanın lidero Aldo Maroya çox yaxın şəxslərdən sayılırdı. 38 yaşında müdafiə nazirinin köməkçisi olduğu vaxt müdafiə nazirindən belə güclü hesab edilirdi. Çünki təkcə prezident, baş nazir, müdafiə naziri və daxili işlər nazirinin bildiyi hərbi kəşfiyyatın daxilində Gizli Xüsusi Hərbi Dairənin, yəni Gladionun rəhbərliyinə gətirilirdi.

Əslində Gladio 1948-ci ildə, hələ NATO yaradılmamışdan müttəfiq ölkələr arasında təşkil edilən Qərb Birliyi Gizli Komitəsinin (CCWU) tərkibində formalaşdırılmağa başlandı. 1949-cu ildə NATO yaradıldı və CCWU, NATO ilə birgə addımlamağa başladı. 1951-ci ildə də tamamən NATO-nun daxilinə inteqrasiya edilərək Gizli Planlaşdırma Komitəsi (CPC) adı verilən bir idarəyə çevrildi. CPC Fransada Avropa Müttəfiqləri Ali Mərkəzi (SHAPE) tərəfindən idarə olunan bir təşkilat idi. CPC-yə paralel olaraq Gizli Müttəfiq Komitəsi (ACC) adlı bir təşkilat da yaradılmışdı. 1957-ci ildə yaradılan ACC NATO-nun Müttəfiqlər Ali Avropa Komandirliyinə (SACEUR) bağlı şəkildə fəaliyyət göstərirdi.

Belçikanın Mons şəhərindəki SHAPE qərargahında xidmət edən SACEUR komandirləri ənənəvi olaraq amerikalılar arasından seçilirdi. SACEUR Vaşinqtonda Pentaqona bağlı şəkildə işlədiyindən, yeni yaradılan bu təşkilatlarda ABŞ təsirini ciddi şəkildə artırırdı. ACC-nin vəzifəsi, Gladio şəbəkəsinin idarəetməsini hazırlamaq, gizli fəaliyyətləri həyata keçirmək bacarığını artırmaq idi. Bu məqsədlə Amerika və İngiltərədə bazalar quruldu. Almaniya, Belçika, Danimarka, Fransa, İspaniya, İtaliya, Hollandiya, Lüksemburq, Norveç, Portuqaliya və Yunanıstanda olduğu kimi, Türkiyədə də Gladionun şəbəkələşmə fəaliyyətlərini ACC həyata keçirdi. Stratejik planlaşdırma işi ABŞ və İngiltərədə həyata keçirildi.

ABŞ-ın kəşfiyyat təşkilatı olan MKİ-nin və NATO-nun nəzarətində olan və Gladio adı verilən bu gizli təşkilat bütün NATO-ya bağlı ölkələrdə fəaliyyətə başladı. Gladio latın dilindəki “Gladius” sözündən qaynaqlanan sözdür və mənası “Qılınc” deməkdir.

Bütün NATO ölkələrinin tərkibində yer aldığı Gladio layihəsinin əsas iştirakçısı Avropa dövlətlərinin orduları və hərbi kəşfiyyat xidmətləri idi.

NATO üzvü olmayan Avstriya, Finlandiya, İrlandiya, İsveç və İsveçrə kimi bitərəf bəzi Avropa ölkələrinin də tərkibində olduğu bu şəbəkə, ABŞ-ın MKİ və İngiltərənin SİS və Mİ6 kəşfiyyat təşkilatlarının birbaşa nəzarəti və himayəçiliyi ilə fəaliyyət göstərdi.

Gladio layihəsinin həyata keçirilməsinin banisi kimi MKİ yaradıcısı Allen Dullesin adı çəkilir. Və MKİ-nin Gladio əməliyyatlarının əsas maliyyəçisi olduğu bildirilir.

Frank Vinser gizli müharibə mütəxəssisi, general Georg Kenan isə MKİ-nin gizli mübarizə idarəsi olan OPC-nin (Siyasi Koordinasiya Bürosu) rəhbərliyinə gətirildi. OPC-yə hərbi paktın gizli qanadını, yəni Gladionu təşkilatlandırmaq vəzifəsi verildi. Kenan da bu işi Frank Vinserə tapşırdı.

Visner Gladionun təşkilatlanmasını formalaşdırmaq üçün müxtəlif ölkələrə agentlər yerləşdirdi. Bunlar arasında bütün Baltik bölgəsində Gladio təşkilatı yaratmaq üçün Skandinaviyaya göndərilən Kolbidən başqa, İsveçrəyə ezam olunan Con Kennedi dövrünün MKİ rəhbəri Allen Dulles də var idi.

Visnerin gərgin əməyi sayəsində Gladionun bünövrəsi 1948-ci ildə Qərb Birliyi Gizli Komitəsi (CCWU) adı ilə yaradıldı. Komitədə bütün Qərbi Avropa ölkələrinin xüsusi xidmət orqanları təmsil olunurdu. İdarəetmə isə MKİ və Mİ6-nın əlində idi. Bütün planlaşdırma işlərini və vəzifələri bu iki təşkilat həyata keçirir, hədəfləri onlar istiqamətləndirirdi. Fransa da bəzən müəyyən məsələlərdə təsir göstərə bilirdi.

Frank Visner yaratdığı və “Stay Behind” adını verdiyi təşkilatla öyünürdü. Yaratdığı təşkilatın işləri ilə o qədər əsir-yesir oldu ki, axırda əsəbləri pozuldu və 1965-ci ildə intihar etdi. Cənazə mərasimindəki çıxışlarda isə onun barəsində sanki “cəbhədə döyüşərkən vurulmuş bir əsgər” kimi münasibət göstərilirmiş.

Bəli, MKİ tərəfindən idarə olunan və maliyyələşdirilən təşkilat 1956-cı ildə ABŞ-la birgə “kəşfiyyat” və “partizan müharibəsi” aparmaq üçün təşkilatlandırıldı. Təşkilatın ilk təlim mərkəzi Sardinya adasında (İtaliya) yaradıldı. Rəsmi adı Müttəfiq Koordinasiya Komitəsi idi.

Eyni zamanda isə, Gladio layihəsi çərçivəsində Avropada yarımhərbi manqalar quruldu. Müharibə başlayarsa, ordularla birlikdə döyüşəcək manqaların müqavimət hərəkatı üçün yeraltı cəbbəxana, qaçış tunelləri yaradıldı.

Hərbi təlim keçən Gladio nümayəndələri sülh zamanı yaratdıqları gizli dərnəklər sayəsində, müharibə zamanı düşmən tərəfindən nəzarət edilən torpaqlarda sabotaj və sui-qəsdlər kimi fəaliyyətlər həyata keçirəcəkdilər. Gladionun əsas gücü əsgərləri idi, ancaq mülki vətəndaşların dəstəyi olmadan hərəkət edilməzdi. Mülki qanadda, keçmiş faşist əsgər və partizanları, faşistlər və sağ siyasətdən müxtəlif şəxslər, bəzən iqtidara can atan solçular, bilərək və ya bilməyərək Gladionun əlaltıları oldular.

FaktXəbər

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2018 02:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com