`Mənim xəbərim yoxdur` - Fazil Məmmədov

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Fevral

2018
10:59
3195
`Mənim xəbərim yoxdur` - Fazil Məmmədov

“Kim şikayət edib məndən? Bu nədir yazırsız?”.

FaktXəbər-in məlumatına görə, bunu “Bizim yol”a açıqlamasında keçmiş Vergilər naziri Fazil Məmmədov deyib. Prezident Administrasiyasına edilən şikayətlər haqda suala cavab verən F. Məmmədov bildirib ki, heç kimin hesabı qanunsuz dondurula bilməz: “Heç kimə əlavə borc yazıla bilməz. Kimə nəsə yazılıbsa, o da qanun çərçivəsində yazılıb. Kiməsə qanundan kənar nəsə yazılıbsa, bundan mənim xəbərim yoxdur. Kim edib cəzasını almalıdır”.

Qeyd edək ki, ötən il hüquqi şəxslərdən və sahibkarlardan daxil olan 278 şikayətdə vergi, hüquq mühafizə, şəhər və rayon icra hakimiyyəti orqanlarının, ayrı-ayrı vəzifəli şəxslərin sahibkarların işinə maneələr yaratmasından narazılıq bildirilib və kömək istənilib. Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov  bildirib ki, sahibkarlar bəzi hallarda vergi orqanlarının onlara əsassız olaraq külli miqdarda borc yazmasından, buna görə fəaliyyətlərini dayandırmağa məcbur olduqlarından, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən bank hesablarının bloklanmasından, qanunsuz sərəncamların tətbiq edilməsindən və digər məsələlərdən narazılıqlarını bildirdiklərini qeyd ediblər.

Məqalədə : Fazil Məmmədov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2018 07:16



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com