- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) son məlumatlarına istinad edərək bildirir ki, dünyanın bir sıra ölkələrində (İtaliya, Koreya Respublikası, Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan, Çin və digər ölkələrdə) quşlar arasında “quş qripi” xəstəliyi qeydə alınıb.
Dövlət Baytarlıq Xidmətindən FaktXəbər-ə verilən məlumata görə, hazırda bu xəstəlik Azərbaycan Respublikası ilə həmsərhəd olan İran İslam Respublikasının da bir çox regionlarında müşahidə edilir. Qonşu ölkədən verilən məlumata görə, İran İslam Respublikasında quşlar arasında “quş qripi” virusunun yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə 25 milyona qədər quş zərərsizləşdirilib. Həmçinin hər gün bu xəstəliyin yayıldığı bildirilir.
Bununla əlaqədar “quş qripi” xəstəliyi baş vermiş ölkələrdən və regionlardan, o cümlədən İran İslam Respublikasından ölkəmizə diri quş və quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyulub və bu barədə aidiyyəti qurumlara məlumat verilib.
Respublikamızın quşların “miqrasiya xətti” üzərində yerləşməsini və qonşu ölkədə “quş qripi” xəstəliyinin yayılmasını nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və quşçuluq təsərrüfatlarının rəhbərlərinə təsərrüfatlarında saxlanılan quşları “quş qripi” xəstəliyindən qorumaq, qabaqlayıcı tədbirlər görmək məqsədi ilə ev və sənaye quşlarının qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılmasını tövsiyə edir.
Hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
- 22-02-2019 16:48 "Azərsu" Şəmkir, Samux və Göyçay sakinlərini sevindirəcək
- 22-02-2019 14:20 İnam Kərimovun vətəndaşlarla görüşünün tarixi dəyişdirilib
- 22-02-2019 14:08 Azərbaycanda yağış, qar yağacaq - XƏBƏRDARLIQ
- 22-02-2019 11:52 Nazirlikdə yeni təyinatlar olub
- 22-02-2019 10:59 AZTV-nin yeni sədri bölgə müxbirini işdən azad etdi
- 22-02-2019 10:54 Bu il Azərbaycanda əhali növbəti dəfə siyahıya alınacaq
- 21-02-2019 19:59 Prezident bu təqaüdləri 220 manatdan 300 manata qaldırdı
- 21-02-2019 15:58 Bayıl sürüşmə zonasında 98 ev söküləcək
- 21-02-2019 15:22 Azərbaycan dilinə daxil olmuş yeni sözlərin sayı müəyyənləşib
- 21-02-2019 15:15 Real TV respublika yayımçısı ola bilər
- 21-02-2019 14:45 "Nar" ölkə üçün əhəmiyyətli sosial layihələrini bu il də davam etdirəcək
- 21-02-2019 14:27 Gömrükçülər 28 kq-dan artıq heroin aşkar edib
- 21-02-2019 14:17 Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
- 21-02-2019 12:57 Sabahın hava proqnozu açıqlanıb
- 21-02-2019 12:33 Nazirin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
- 21-02-2019 11:32 Fazil Məmmədov bizneslə məşğul olmağa başlayıb
- 21-02-2019 10:52 Azərbaycanda tikintiyə icazə verilməsi elektronlaşdırılıb
- 21-02-2019 10:31 Professor: "Dilin taleyi haqqında qeyri-peşəkarlar proqnoz verir"
- 20-02-2019 15:03 "Nar" 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib
- 20-02-2019 14:39 Vergilər Nazirliyi ticarətçilərə müraciət etdi
- 20-02-2019 14:19 Seysmoloji Mərkəz 8 bal zəlzələ xəbərlərinə münasibət bildirib
- 20-02-2019 12:51 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
- 20-02-2019 11:41 Azərbaycan yanvarda 18 milyon dollarlıq dərman alıb
- 20-02-2019 11:05 Gələn ay bayramlarla əlaqədar 10 gün iş olmayacaq
- 20-02-2019 10:27 Azərbaycanda uşaqlara bu adların qoyulmasına icazə verilmədi