
Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. O, Daxili Qoşunların Xüsusi təyinatlı bölüyündə xidmət edib, əsgərliyini bitirdikdən sonra yenidən cəbhə bölgəsində hərbi xidmətə qayıdıb, gizir rütbəsində bir sıra əməliyyatlarda iştirak edib, 2010-cu il iyunun 18-də Tərtər rayonu Şiştəpə adlanan ərazidə düşmənin hücumunun dəf edilməsində cəsarətlə vuruşub, sonra tək başına düşmən üzərinə yeriyərək onlarla erməni yaraqlısını məhv edib və qəhrəmanlıqla həlak olub. Düşmənlərdən onun cəsədini yalnız 5 aydan sonra geri almaq mümkün olub. 2010-cu il iyulun 22-də Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bakıda İkinci Fəxri xiyabanda dəfn edilib. Biləsuvar rayonunda adına küçə və orta məktəb var.
Nazim Qabil oğlu Quliyev 1965-ci il fevralın 7-də Beyləqan rayonu Örənqala kəndində anadan olub. O, 1988-ci ildən Füzuli ərazisində özünümüdafiə dəstəsinin tərkibində, 1991-ci ildən isə polis (milis) nəfəri kimi düşmənə qarşı rəşadətlə vuruşub, Cuvarlı, Tuğ, Məlikcan, Arış, Divanallar kəndlərinin müdafiəsində xüsusi xidmət göstərib, 1992-ci il yanvarın 9-da Köşbək kəndi yaxınlığında mühasirəyə düşmüş əsgərlərimizin və texnikanın xilas edilməsində sücaət göstərib və qəhrəmanlıqla həlak olub. 1992-ci il oktyabrın 8-də Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Füzuli rayonunda dəfn edilib. Füzuli rayonu Yuxarı Yağləvənd və doğulduğu Örənqala kənd orta məktəbləri onun adını daşıyır.
Firuddin İsa oğlu Şamoyev 1962-ci il fevralın 7-də Qazax şəhərində anadan olub. O, 1991-ci ildən könüllü olaraq cəbhəyə gedib, 707 saylı hərbi hissənin minaatan bölüyünün komandiri kimi rəşadətlə vuruşub, Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərin müdafiəsində fəal iştirak edib, 1992-ci il aprelin 13-də Quşçu Ayrım kəndi yaxınlığında gedən ağır döyüşdə qəhrəmanlıqla həlak olub. 1992-ci il iyunun 7-də Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qazax şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Qazax şəhərində orta məktəblərdən biri onun adını daşıyır.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 18-06-2020 10:16 Bu gün Şəhid Mübariz İbrahimovun anım günüdür
- 07-02-2020 09:55 Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
- 26-03-2019 20:56 Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
- 07-02-2019 10:36 Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
- 30-07-2018 16:54 Mili Qəhrəmanlar Nadir Əliyev, Aqil Məmmədov və Fəxrəddin Musayevin doğum günüdür
- 25-07-2018 16:08 Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
- 19-06-2018 11:53 Milli Qəhrəman Səfa Axundovun doğum günüdür
- 18-06-2018 11:11 Bu gün Şəhid Mübariz İbrahimovun anım günüdür
- 28-05-2018 20:46 Şəhidimizin medalı ailəsinə təqdim olunub - FOTO-VİDEO
- 17-05-2018 13:16 Milli Qəhrəman Şahlar Şükürovun doğum günüdür
- 19-04-2018 11:45 Milli Qəhrəman Tofiq Hüseynovun doğum günüdür
- 16-04-2018 14:15 Azərbaycanın Milli Qəhrəmanı Rizvan Teymurovun doğum günüdür
- 10-04-2018 12:52 Milli Qəhrəman Yelmar Edilovun doğum günüdür
- 05-04-2018 15:25 Milli Qəhrəmanları Şövqiyar Abdullayev və Etibar Hacıyevin doğum günüdür
- 09-03-2018 12:25 "Milli Mübarizə Məktubu" 10 dildə hazırlandı - VİDEO
- 02-03-2018 14:30 Milli Qəhrəman Məzahir Rüstəmovun doğum günüdür
- 26-02-2018 10:05 Barselonada Xocalı fləşmobu - VİDEO
- 26-02-2018 08:02 XX əsrin faciəsi: Xocalı soyqrımından 26 il keçir