
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.
Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə qayıdıb. Daha sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqelərinə hücum edib.
O, düşmənlə qeyri-bərabər döyüşdə çox sayda erməni hərbçisini məhv edib. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşub. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonar "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.
Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi əbədiləşdirilib.
Biləsuvar rayonunun orta məktəblərindən birinə və küçələrdən birinə Mübariz İbrahimovun adı verilib.
"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov tankerlərindən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını verib.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun18-06-2020 10:16 Bu gün Şəhid Mübariz İbrahimovun anım günüdür
07-02-2020 09:55 Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
21-10-2019 19:28 Mübariz İbrahimovu təhqir etməkdə ittiham olunan psixoloqa 3 il həbs cəzası istənil
10-10-2019 19:33 Heydər Əliyev Fondu Milli Qəhrəmanın atasının müalicə xərclərini öz üzərinə g
10-10-2019 12:49 Mübariz İbrahimov haqqında təhqiramiz statusla bağlı ekspertizanın rəyi açıqlandı
16-09-2019 10:30 Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
- 18-06-2020 10:16 Bu gün Şəhid Mübariz İbrahimovun anım günüdür
- 07-02-2020 09:55 Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
- 26-03-2019 20:56 Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
- 07-02-2019 10:36 Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
- 30-07-2018 16:54 Mili Qəhrəmanlar Nadir Əliyev, Aqil Məmmədov və Fəxrəddin Musayevin doğum günüdür
- 25-07-2018 16:08 Milli Qəhrəman Əliabbas İsgəndərovun doğum günüdür
- 19-06-2018 11:53 Milli Qəhrəman Səfa Axundovun doğum günüdür
- 18-06-2018 11:11 Bu gün Şəhid Mübariz İbrahimovun anım günüdür
- 28-05-2018 20:46 Şəhidimizin medalı ailəsinə təqdim olunub - FOTO-VİDEO
- 17-05-2018 13:16 Milli Qəhrəman Şahlar Şükürovun doğum günüdür
- 19-04-2018 11:45 Milli Qəhrəman Tofiq Hüseynovun doğum günüdür
- 16-04-2018 14:15 Azərbaycanın Milli Qəhrəmanı Rizvan Teymurovun doğum günüdür
- 10-04-2018 12:52 Milli Qəhrəman Yelmar Edilovun doğum günüdür
- 05-04-2018 15:25 Milli Qəhrəmanları Şövqiyar Abdullayev və Etibar Hacıyevin doğum günüdür
- 09-03-2018 12:25 "Milli Mübarizə Məktubu" 10 dildə hazırlandı - VİDEO
- 02-03-2018 14:30 Milli Qəhrəman Məzahir Rüstəmovun doğum günüdür
- 26-02-2018 10:05 Barselonada Xocalı fləşmobu - VİDEO
- 26-02-2018 08:02 XX əsrin faciəsi: Xocalı soyqrımından 26 il keçir