Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı məlumat yayıb - VİDEO

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Fevral

2018
23:10
1876
Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı məlumat yayıb - VİDEO

23.10 - Müdafiə Sənayesi Nazirliyi “Radioquraşdırma” zavodunda yanğınla bağlı məlumat yayıb. FaktXəbər bildirir ki, nazirliyin saytında dərc olunan məlumata əsasən, bu gün saat 19:17 radələrində “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Məlumat üçün bildirilir ki, yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

***

akının Xətai rayonundakı "Radioquraşdırma zavodu" İstehsalat Birliyində baş vermiş partlayış yanğınla müşayiət olunur. 

FaktXəbər-in məlumatına görə, əraziyə 17 yanğınsöndürən maşın, xeyli sayda təcili tibbi yardım briqadası, polis əməkdaşları cəlb olunub. 

"Radioquraşdırma zavodu" istiqamətindəki yollar nəqliyyatın hərəkəti üçün bağlanıb. 

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerindədir. 



Məqalədə : zavod partlayış 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2018 03:03



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com