Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2018
14:37
`Mən də insanam, yorula və yata bilərəm`
Prezidentin müşavirəsində yatan icra başçısı Bayram Səfərov açıqlama verdi

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovun prezident İlham Əliyevin keçirdiyi son müşavirədə yuxuya getdiyini əks etdirən fotolarla bağlı məsələyə aydınlıq gətirib.

FaktXəbər-in məlumatına görə, B.Səfərov “ölkə.az”-a açıqlamasında deyib ki, bu cür məqamlarla ona qarşı ucuz şou kampaniyası aparmaq doğru hərəkət deyil:

“Tutalım ki, müşavirədə lap yatmışam. Burada nə var? Yəqin yorğun olub yatmışam. Mən də adamam, yata bilmərəm? Mən də insanam, yorula və yata bilərəm. Bundan ucuz şou yaratmaq doğru deyil”.

Xatırladaq ki, yanvarın 29-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. 

FaktXəbər-in məlumatına əsasən, prezident İlham Əliyevin müşavirədə çıxışı zamanı Bayram Səfərovu yuxu tutub və o, mürgüləməyə başlayıb.

Bayram Səfərovun yatmaq anı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Bayram Səfərov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 10:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com