Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2018
14:30
Başından güllə yarası alan Həmas lideri öldü

Naməlum şəraitdə başından aldığı güllə yarasından üç həftə sonra Həmas təşkilatının yüksəkçinli rəsmisi İmad əl-Əlami həyatını itirib. FaktXəbər-in "İnterfax"a istinadən verdiyi məlumata görə, 62 yaşlı fələstinli lider 9 yanvar tarixində başına atəş açsa da, özünə gələ bilməyib.

Həmas təşkilatı ilkin olaraq onun adi şəraitdə dünyasını dəyişdiyini elan etmişdi. Sonra hərəkatın nümayəndəsi bildirib ki, İmad əl-Əlami güllə yarasından vəfat edib və bədbəxt hadisə nəticəsində Qəzzadakı evində odlu silahdan özünə atəş açıb.
 
Qeyd edək ki, Həmasın aparıcı simalarından olan əl-Əlami 2008-ci ildən 2012-ci ilədək Suriyanın paytaxtı Dəməşqdə yaşayıb. O, əvvəllər təşkilatın İrandakı səfiri olub. 2013-ci ildən 2017-ci ilədək o, İsmayıl Haniyyə hökumətinidə müavin vəzifəsində çalışıb.

Məqalədə : Həmas 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
370

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
708
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-05-2020 22:03





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru