Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2018
09:50
Səbail İcra Hakimiyyəti sürüşməyə münasibət bildirdi - RƏSMİ

Səbail Rayon İcra Hakimiyyəti (RİH) Bayıl sürüşmə zonasında görülən işlər və araşdırmaların vəziyyəti ilə bağlı məlumat yayıb. 

İcra Hakimiyyətindən FaktXəbər-ə daxil olan açıqlamada bildirilib ki, son bir neçə gün ərzində müxtəlif KİV-lərdə Səbail rayonu Bayıl yamacında yaranmış sürüşmə təhlükəsi, onun səbəbləri ilə bağlı bir-birinə əks, həqiqətə uyğun olmayan xəbərlər yayımlanır, sürüşmə hadisəsinin yamacda aparılan tıkintilər və s. ilə əlaqələndirilir.

Bununla bağlı bildirilib ki, mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyənləşdirilib: "Müəyyən olunub ki, burada tikilmiş evlərin 89,9 %-i məhz 2000-ci ilə qədər olan dövrün, o cümlədən 25%-i ötən əsrin 60-70-ci illərinin tikililərdir. Son 3 il ərzində isə burada yalnız 4 mövcud tikiliyə əlavələr edilib və hər bir fakt barədə materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub və araşdırılır.

Bir neçə evi çıxmaq şərti ilə yamacda tikilən fərdi yaşayış evləri bir gecə ərzində əsas etibarı ilə aztəminatlı insanlar və məcburi köçkünlər tərəfindən inşa olunub, möhkəm özülü, dayağı olmayan, 1 mərtəbəli qeyri-qanuni tikililərdir. Belə tikililərin isə torpağın sürüşməsinə təsiri yox dərəcəsindədir.

Sürüşmə ilə bağlı araşdırmalara cəlb olunan xarıcı mütəxəssislərin verdiyi ilkin rəyə görə, burada baş verən prosseslər xarici deyil, daxili textonik prosseslər olaraq aktiv fazanın ilkin hissəsidir. Prosseslərin dərinləşməməsi üçün təkliflər paketi hazırlanaraq dövlət qurumlarına təqdim olunacaq".

RİH-dən bildirilib ki, xarici mütəxəssislərin rəyi bəzi qurumların sürüşməyə səbəb kimi burada aparılan tikinti və s. xarici amillərin göstərilməsini iddialarını alt-üst edir: "Ərazidə inşa olunan tikililərin böyük hissəsinin 1 mərtəbəli və yüngül konstruksiyalı olması, ən yaxın çoxmərtəbəli bina tikintisinin 5-6 km kənarda, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi ilə aparılması xarici amılin təsiri sualını aradan qaldırır.

Təəccüblüsü və təəccüb doğuran isə odur ki, fərziyə irəli sürən, RİH-ni ittiham edənlər nə hansi bir araşdırma aparmayıb, mövcud vəziyyətlə maraqlanmayıb, heç bir sualla müraciət etməyərək ancaq öz təxəyyüllərinin məhsulunu işə salıblar.

Hazırda RİH-də yaradılan Qərargah üzvləri tərəfindən ərazidə aparılan araşdırmalar başa çatmaq üzrədir, yoxlamaların nəticələri ilə bağlı məsələyə hüquqi qiymət və ictimaiyyətə məlumat veriləcək, buradakı tikililərin gələcək taleyi huquqi müstəvidə həll olunacaq".

Məqalədə : Sürüşmə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Qarabağ" 9,5 milyon qazandı

13

Dekabr
10:22
İDMAN
5

ABŞ kosmosa çətənə göndərir

13

Dekabr
10:21
DÜNYA
5

Atəşkəs rejimi 23 dəfə pozulub

13

Dekabr
10:20
HƏRB
80

Boris Conson seçkidə qalib gəlib

13

Dekabr
10:00
DÜNYA
156

Xarici valyutaların manata qarşı məzənnələri

13

Dekabr
09:44
İQTİSADİYYAT
150

Ağstafada əl qumbaraları tapılıb - FOTO

12

Dekabr
19:50
HÜQUQ,HADİSƏ
281

Dekabrın 13-nə manatın məzənnəsi

12

Dekabr
17:45
İQTİSADİYYAT
225

Səudiyyə Ərəbistan ziyarətçiləri sığortalayacaq

12

Dekabr
17:30
BÖLMƏNİ DÜZ SEÇ!
257

Azərbaycan Dünya Bankının kreditindən imtina edib

12

Dekabr
17:09
İQTİSADİYYAT
296
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2019 10:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru