Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Yanvar

2018
10:37
2859
`Tütün və yanacağın qiymətində artım gözlənilir`

Ölkəyə gətirilən malların  aksiz vergisinin artması digər məhsulların da qiymətinə təsir edəcək.

Siqaret və bəzi yanacaq növləri bahalaşacaq. Belə ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında etdiyi dəyişikliklə tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergiləri 2 dəfədən çox artırılıb.  2017-ci il dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra yanvarın 23-də qüvvəyə minib.

Qərara əsasən, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.

Digər qərarla isə Azərbaycan ərazisinə gətirilən mühərrik benzin növlərinə yeni aksiz dərəcələrin tətbiq edilməsinə başlanılıb. Qərara əsasən, aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb.

Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 1 manat aksiz dərəcəsi də 200 manata qaldırılıb.

Bəs görəsən, aksiz dərəcələrinin artımı sözügedən məhsulların qiymətinə nə vaxtdan etibarən təsir göstərəcək? İstehlakçıları hansı həddə bahalaşma gözləyir?

FaktXeber.com-un məlumatına əsasən, iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”ın suallarını cavablandırarkən bildirib ki, tütünün məhsullarında dünən başlayaraq  bahalaşma müşahidə olunur: “İş adamları indiki vəziyyətdən istifadə edərək, əvvəlcədən gətirdikləri məhsulları da tədricən bahalaşdıracaqlar. Əsas artım tempi isə 1 həftə -10 gündən sonra  müşahidə olunacaq. Çünki bu qərar bazarlara daha çox təsir etməyə başlayacaq. Aksiz  dərəcələrinin artırılması qiymətlərə 20-25 faiz civarında təsir edə bilər. Çünki aksizlərin ümumi qiymətlərdəki payı təqribən bu qədərdir. Bir yanlışlıq da var ki, bəziləri bu qərarın yerli istehsalçılara təsir etməyəcəyini düşünürlər. Hesab edirlər ki,  ancaq xaricdən idxal olunan məhsullara təsir edəcək. Ancaq bu belə deyil. Yerli istehsalçılar da xaricdən gətirilən xammaldan istifadə edilər. Əsasən də spirtli içkilər istehsalında... Bu qərarla isə xaricdən gələn xammalın aksiz dərəcələri iki dəfəyə yaxın artdı.  Bu yerli istehsalçılara da təsir göstərəcək».

Benzinin qiymətinin nə qədər artmasına gəlincə, N. Cəfərli bildirdi ki, aksiz dərəcələrinin artması ancaq “Premium” və “Super” markalı benzinlərə  təsir göstərə bilər: “Bu iki növ benzinin qiyməti  son zamanlar onsuz da kifayət qədər yüksəlmişdi. Bu qərarla yenidən təqribən 10-15 faiz civarında artması gözlənilir. Ancaq artım elə həddə olacaq ki, məntiq baxımından da uyğun olsun. Birdən-birə kəskin bahalaşma olsa, tələbat azala bilər. Bu növ benzinlərdən istifadə edənlərin sayı onsuz da azdır, kəskin bahalaşmadan sonra sürətlə azala bilər. Bu da həmin SOCAR-ın törəmə şirkəti olan həmin qurumun gəlirlərinə mənfi təsir göstərə bilər. O baxımdan kəskin artım olmasa da, yumşaq formada artımın həyata keçirilməsinə çalışacaqlar. O baxımdan yaxın zamanlarda  ”Premium" və “Super” markalı benzinlərin 10-15 faiz bahalaşması gözlənilir".

Bu bahalaşmanın yerli istehsal olan Aİ 92 markalı benzinin qiymətinə təsir göstərib-göstərməyəcəyinə gəlincə, ekspert qeyd etdi ki, kəskin qiymət dəyişikliklərinin olacağı gözlənilmir: “Aİ 92 markalı benzinin qiyməti bir neçə ay öncə qalxıb. Bu baxımdan yenidən kəskin qiymət artımının olacağını gözləmirəm. Ancaq xaricdən idxal olunan benzinin xərci artdıqca, daxili bazarda da qiymət artımı ola bilər”.

İqtisadçı ekspert aksiz dərəcələrinin artmasının yol açacağı neqativ hallara da toxundu: “Bu qərardan sonra qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin həcmində ciddi artım olacaq. Fiziki olaraq onları təqib etmək onsuz da çətindir. Demək olar ki, hər gün xəbər saytlarında qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən tütün məmulatları və alkoqollu içkilərlə bağlı məlumatlar yayılır. Bu məlumatların da sayı artacaq. Hökumət qiymət artımına gətirib çıxaracaq bu cür ciddi qərarlar verərkən, ətraf ölkələrdəki qiymətləri monitorinq edib sonra qərar verməli idi. Dünyada ideyanın və pulun qarşısını kəsən çox nadir maneələr var. Ona görə də  əgər qaçaqmalçılıq sərfəli biznesə çevriləcəksə, həcmi də artacaq. Bundan başqa,  yerlərdə xarici içki brendləri adı altında  gizli şəkildə istehsal olunan spirtli içkilərin həcmi arta bilər. Bu da təbii ki, sağlamlıq üçün təhlükəlidir. Alkoqollu içkilərdən zəhərlənmə halları, hətta ölüm hallarının artmasına səbəb ola bilər”.

Məqalədə : Qaçaqmalçılıq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda nənə və nəvəni maşın vurub

14

Oktyabr
15:52
HÜQUQ,HADİSƏ
190

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

14

Oktyabr
15:29
SİYASƏT
295

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
229

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
174

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
193

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
151
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2019 06:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru