Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2018
07:54
1443
Zaqatalada avtomobil ağaca çırpılıb, sürücü ağır yaralanıb

Zaqatalada baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb.

Hadisə yanvarın 15-dən 16-a keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 110-cu kilometrliyində baş verib.

Zaqatala rayonu Əliabad qəsəbə sakini, 1962-ci il təvəllüdlü Ruşan Fətullah oğlu Hudulov idarə etdiyi  “VAZ 2106” markalı 62 BA 448 dövlət nömrə nişanlı minik avtomobili ilə Qax rayonu istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə Zaqatala-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunu ötmək istəyərkən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb.

Qəzadan sonra deformasiyaya uğramış avtomobilin  sükanı arxasında sıxılmış vəziyyətdə qalan Ruşan Hudulov hadisə yerinə cəlb edilmiş Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılıb.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Ruşan Hudulov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. MRX-dan APA-ya bildirilib ki, Ruşan Hudulov travmatik şok vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır./APA

Məqalədə : qəza 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1145

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
65

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
90

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
316

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
353
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 01:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru