Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2018
10:46
Netanyahunun oğlunun adı növbəti qalmaqalda
Kef məclisi, qadınlar, 25 milyardlıq qaz sazişi

İsrailin baş naziri Binyamin Netanyahunun oğlunun dostiları ilə qalmaqallı söhbətinin audioyazısı dərc olunub. FaktXeber.com-un Newsru-ya istinadla məlumatına görə, səs yazısını  yanvarın 8-də «Keşet»  və «Reşet» xəbər kanalları paylaşıb.

Söhbət 2 il əvvəl kiçik Netanyahunun biznesmen  Kobi Maymonun oğlu Nir Maymon və Avstraliyalı biznesmen  Ceyms Parkeri İsraildə təmsil edən  Roman  Abramovla istirahəti zamanı onlar arasında olan danışıqlardan gedir. 

Kanal vurğulayır ki, gənclər hökumət qarajından olan maşınla Təl-Əvivdə striptiz-kluba gediblər, bundan başqa gecə boyu onları  dövlət qulluqçusu olan sürücü və cangüdənlər müşaiyyət edib.

Süjet hökumət rəhbərlərinin övladlarının  mühafizəsizinin  vergi ödəyicilərinin  hesabına ödənilməsinin nə dərəcədə düzgün olması barədə  müzakirələr fonunda  efirə verilib.

Səs yazısında  içkili gənclərin əxlaqsız zarafatlar etməsi, qadınlar barədə hörmətsiz danışmasını eşitmək mümkündür, Bundan başqa Yair Netanyahu Niruya deyir ki, atasının (B.Netanyahu)  onun atası Kobi Maymona 25 milyard dollarlıq «qaz sazişi» təşkil etdiyinə görə, ona minnətdar olmalıdır.

İsrail KİV-ləri yanvarın 8-də gün ərzində Netanyahunun dəftərxanası və ailənin özəl vəkilinin audioyazının dərc olunmasının qarşısını almağa cəhd etdikləri barədə məlumatlar verdi.

Netanyahunun dəftərxanasında vurğulanıb ki, Yair Netanyahunun  mühafizəsi və müşaiyyətinə təhlükəsizlik  xidməti cavabdehdir: «İran saytları Yair və Avnerin fotolarını hədə ilə dərc etdiyi üçün güc strukturlarının narahat olmağa əsası var».

Xəbərə münasibət bildirən Netanyahunun dəftərxanası qaz sazişi ilə bağlı məsələni inkar edərək, bunda Kobi Maymonun maraqlı lmadığını vurğulayıb.

Yair Netanyahu öz növbəsində iki il əvvəl baş verənləri şərh edərkən içkili olduğunu, nə dediyini bilmədiyini və qaz məsələlərinin təfərrüatlarından xəbərsiz olduğunu bilddirib.

Məqalədə : Netanyahu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54091

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52209

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53649

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53389

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58738

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53014

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53423
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-11-2020 08:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru