Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2018
14:50
Millət vəkillərinin maaşı 800 manat artırılmayıbmış

“Milli Məclisin deputatlarının əmək haqlarında heç bir artım baş verməyib”.

Bunu açıqlamasında Milli Məclisin İşlər müdiri xidmətinin Maliyyə şöbəsinin müdir müavini Cavid Möhbalı deyib.

O qeyd edib ki, bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Deputatların maaşlarının 800 manat artması ilə bağlı məlumatlar əsassızdır. Kimlərsə məsələni qarışdırır. 2018-ci ilin büdcəsində MM-ə ayrılan vəsaitin artmasından irəli gələrək deputatların xarici ezamiyyət xərclərində artım nəzərdə tutulur. Bu, əvvəlki illə müqayisədə müəyyən artımdır, lakin qeyd olunan rəqəm qədər deyil. Deputatların əmək haqqında isə heç bir artım yoxdur. Artım olsaydı, bunu ilk olaraq biz bilərdik. Çünki əməkhaqqını deputatların kartlarına biz köçürürük. Bizə isə belə bir tapşırıq, təlimat gəlməyib”, - deyə o bildirib.

Qeyd edək ki, bir müddətdir, sosial şəbəkələrdə və bəzi saytlarda Milli Məclis deputatlarının maaşlarının 800 manat artırıldığı barədə məlumatlar dolaşır.(APA)

Məqalədə : Millət vəkilləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54141

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52254

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53704

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53434

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58798

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53069

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53493
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-11-2020 18:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru