Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Yanvar

2018
11:29
Bayramda təcili yardıma 2300-ə yaxın müraciət olub

“Bayram gecəsi, dekabrın 31-i Səhiyyə Nazirliyinin Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2300-ə yaxın müraciət daxil olub”.

Bunu açıqlamasında Stansiya baş həkiminin Operativ və hospital işləri üzrə müavini Murad Mirzəzadə deyib.

Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə həmin gün müraciətlərin sayında azalma qeydə alınıb: “Keçən il bu rəqəm 2900-dən artıq idi. Azalma həmin gün paytaxtda havanın kəskin soyuq olmaması, yaxud insanların rayonlara və ya xarici ölkəyə getməsi ilə əlaqəli ola bilər”.

M.Mirzəzadə qeyd edib ki, müraciətlər bütün sahələr üzrə olub: “Baş ağrısından kəskin cərrahi, hipetoloji və digər ağır növlərə kimi müraciətlər arasında olub. Hər bir çağırışa vaxtında baxılıb və hansısa fövqəladə hal baş verməyib, hansısa növ çağırışlarda artım müşahidə olunmayıb”. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
161

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
259

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
276
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2020 18:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru