Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Yanvar

2018
11:35
1647
İran parlamenti işıq və su pulunu aşağı salmağa hazırlaşır

İran parlamenti ölkədə etiraz aksiyalarının keçirilməsindən sonra elektrik enerjisi və suya görə qiymətlərin artımı ləğv edə bilər. FaktXəbər-in "Rusiya24" kanalına istinadən verdiyi məlumata görə, bu məsələyə deputatlar yaxın günlərdə baxacaq. 

Qeyd edək ki, qiymət artımı ölkədə kütləvi etirazların səbəblərindən biri olsa da, dinc aksiyaların sonradan kütləvi iğtişaşlara çevrilməsi xarici qüvvələrin müdaxiləsi ilə baş tutub.

İranın ali lideri Ayətullah Xamenei də çıxışı zamanı bildirib ki, aksiyalar digər dövlətlətin təhriki olmadan ötüşməyib: "Son bir neçə gündə İranın düşmənləri müxtəlif vasitələrdən - pul, silah, siyasət və təhlükəsizlik aparatı da daxil olmaqla istifadə edərək birləşib və İslam Respublikasının rəhbərliyi və xalqı üçün problem yaradıb".

Bu arada İranın Ali milli təhlükəsizlik şurasının katibi aksiyalar barədə konkret danışıb və qeyd edib ki, ABŞ və İsrail sosial şəbəkələrdə İran əleyhinə kampaniya başladıb.

ABŞ rəhbərliyi İrandakı etirazlara biganə qalmayıb və "dinc nümayişçiləri" dəstəkləyərək Tehranı sanksiyalarla hədələyib. "Biz sanksiyalar planında bütün variantları müəyyən qədər saxlayırıq. O ki, qaldı yanvar ayında İranla imzalanmış nüvə proqramına dair müqavilədən çıxmağa, prezident bu məsələ ilə bağlı yekun qərar hələ qəbul etməyib. O, əlinin altında bütün mövcud variantları saxlayacaq",-deyə Ağ Evin mətbuat katibi Sara Sanders söyləyib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə Birləşmiş Ştatları İranı tənqid etmək vəzəinə öz ölkədə baş verən aksiyalara diqqət yetirməyə çağırıb: "Şübhəsiz ABŞ nümayəndə heyətinin dünyaya deyəcək sözü var. Misal üçün, Nikki Heyli Amerikada aksiyaların dağıdılması və müdafiə olunmaq təcrübəsini bölüşə bilər. Hansı ki, "Occupy Wall Street" və "Ferqyuson" adı verilmiş etirazlar zamanı kütləvi şəkildə insanlar həbs olunmuşdu".

Məqalədə : İran 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 07:52

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status