Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Yanvar

2018
10:00
1222
İran ABŞ qoşunlarını Suriyadan çıxarmağı tələb edib

ABŞ-ın Suriyada hərbi mövcudluğu qanunsuzdur, buna görə də ABŞ qoşunlarını bu ölkə ərazisindən çıxarmalıdır. Bu barədə İran Milli Təhlükəsizlik Ali Şurasının katibi admiral Əli Şamhani “Əl Mayadin” telekanalına müsahibəsində bildirib.     

Admiral qeyd edib ki, Rusiya və İrandan fərqli olaraq, ABŞ qoşunlarının Suriyaya göndərilməsini rəsmi Dəməşqlə razılaşdırmayıb. Ə.Şamhani, ümumilikdə, ABŞ-ın Suriyada hərbi mövcudluğu işğal adlandırıb.   

“Biz bütün beynəlxalq tribunalardan ABŞ qoşunlarının Suriyadan çıxarılmasını tələb edəcəyik”, - deyə admiral əlavə edib.  

O həmçinin Rusiya, Türkiyə və İranın Suriyada münaqişənin nizamlanması üçün bütün səyləri göstərdiyini xatırladıb.(Apa)

Məqalədə : Suriya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 07:43

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status