Almaniyada Yeni il: 2 qurban, davalar və təcavüzlər...

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Yanvar

2018
15:35
1575
Almaniyada Yeni il: 2 qurban, davalar və təcavüzlər...
ADR polisi hesabat verdi

Bayramla əlaqədar  bir sıra şəhərlərdə cinsi təcavüzlər, dələduzluq, dava qeydə alınıb. Leypsiqdə naməlum şəxslər polislərə daşa tutub. Bundan başqa dava halları da qeydə alınıb. FaktXeber.com-un verdiyi məlumata  görə, Deutsche Well Yeni il gecəsi Almaniyada baş verənlər haqqında hüquq mühafizə orqanlarının əməkdaşlarının hesabatını dərc edib.

Hamburq, Münhen, Berlində cinsi təcavüz halları qeydə alınıb. Bununla bağlı, təkcə paytaxtda 10-a yaxın insan həbs olunub.

Bundan başqa Yeni il gecəsi Leypsiqdə polis idarəsinə hüсum da qeydə alınıb. Həmin vaxt naməlum şəxslər  zibil konteynerlərini  və digər əşyaları yandırmışdılar. Bununla əlaqədar su şırnaqları işə salınmışdı. Hüquq mühafizəçilər bu şırnaqlardan həm də xəbərdarlıqlara baxmayaraq, polislərə və xidməti maşınlara butılka, daş və petarda atanlara qarşı da istifadə etmək məcburiyyətində qalıb.

Zalsqitterdə xəstəxanaya odlu silahdan yaralanmsış 12 yaşlı qız gətirilib. Əməliyyatdan sonra onun həyati təhlükəsi sovuşub. Polis işlə əlaqədar 3 nəfər şübhəlini saxlayıb.

Berlində təcili yardım maşınına atılmış petarda salonda partlayıb. Maşının pəncərələri sınsa da, xəsarət alan olmayıb. Eyni addım yanğınsöndürənlərə qarşı da atılıb.

Tyurinqdə bir qrup şəxsin içinə petarda atılıb. Partlayıcı  12 yaşlı qızın üzündə partlayıb. Nəticədə onun eynəyi qırılıb və gözünə ciddi xəsarət dəyib. Yanında olan oğlan uşağı da yaralanıb. Üz və əl yaraları ilə uşaqlar xəstəxanaya çatdırılıblar.

Branderburqda pirotexnikanın partlayışı nəticəsində 2 nəfər həlak olub.

Habruqda isə partlayış nəticəsində 2 nəfər əllərində barmaqlarını itiriblər.

Qyustrovda şəhərin mərkəzində tarixi fəvvarəyə ciddi zərər dəyib. Belə ki, 1889-cu ildə inşa edilən tarixi abidənin bir hissəsi çöküb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 03:13



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com