Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

02 Yanvar

2018
14:50
1271
İran TŞ: Aksiyalar xaricdən idarə olunur

İranda etiraz aksiyaları xaricdən müdaxilə  ilə idarə olunur. 

FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bunu İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şamxani  bəyan edib.

O hesab edir ki, qarşıdurmaların arxasında ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanı dayanır.

"Analizlərimiz nəticəsində aydın olur ki, İrana qarşı olan haşteqlərin 27 faizi Səudiyyə Ərəbistanı hökuməti tərəfindən hazırlanıb", - deyə Şamxani bildirib.

Daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfüqari isə bildirib ki, "İranın iştişaşların baş verdiyi ərazilərində vəziyyət normallaşıb, ən qısa zamanda iğtişaş dalğası sona çatacaq. İctimai mülkiyyətə və hərbi obyektlərə ziyan vurulmayana qədər polis və təhlükəsizlik qüvvələri maksimum tolerantliq nümayiş etdiriblər. Bununla belə, zorakılıq tətbiq etmək istəyən təxribatçılara qarşı təhlükəsizlik orqanlarının əməkdaşları qətiyyətlə qarşı çıxıblar. İran xalqı nə baş verdiyini yaxşı başa düşür, ictimai asayişi pozanlardan uzaqlaşır və təhlükəsizliyin bərpa edilməsi üçün hakimiyyətlə əməkdaşlıq edir."

Xatırladaq ki, dekabrın 28-dən etibarən İranın iri şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir.  Təhlükəsizlik orqanlarının məlumatına görə, iğtişaşlar zamanı aralarında polis də olmaqla 12 nəfər həlak olub. 

Məqalədə : İran 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-01-2018 18:30

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru