Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Əfqanıstanda arxasınca olduğu terrorçulara Pakistanın sığınacaq verdiyini iddia edib.
FaktXəbər-in məlumatına görə, Tramp "Twitter" hesabından paylaşdığı mesajda, ölkəsinin son 15 ildə Pakistana 33 milyard dollar yardım etdiyini bildirib.
ABŞ prezidenti mesajında, "onlar isə liderlərimizin axmaq olduğunu düşünərək, bizə yalanlar və hiyləgərlikdən başqa bir şey vermədilər. Əfqanıstanda arxasınca olduğumuz terrorçulara təhlükəsiz bölgə verirlər. Daha bəsdir", - ifadələrindən istifadə edib.
Əfqanıstanın Vaşinqtondakı səfiri Həmdullah Mohib də Trampın paylaşımını məmnunluqla qarşıladıqlarını bildirib.
Mohib açıqlamasında ABŞ prezidentinin Pakistandakı terrorçuların əlində çox əzab çəkən əfqanlar üçün ümidverici mesaj verdiyini müdafiə edib.
Xatırladaq ki, ABŞ rəhbərliyinin 19 dekabr 2017-ci ildə açıqladığı Milli Təhlükəsizlik Strategiyası sənədində "terror təşkilatlarının Pakistan ərazisində fəaliyyət göstərdiyi" iddiaları yer almışdı. Pakistan rəhbərliyi isə bu iddaların tamamilə əsassız olduğunu vurğulayaraq, onu qəti şəkildə təkzib etmişdi.
Trampın bu açıqlaması da Pakistan tərəfindən sərt şəkildə qınanıb.
XİN rəhbəri Khavaja Asif yerli televiziyaya açıqlamasında Trampın iddalarının həqiqəti əks etdirmədiyini bildirib.
Asif, ABŞ ordusunun Pakistan ərazilərini Əfqanıstanda öz maraqlarına xidmət etməsi üçün istifadə etdiyini vurğulayıb:
"ABŞ-ın son 15 ildə Pakistana verdiyi pullar ölkəmizin təqdim etdiyi xidmətlər üçündür, bunu xeyriyyəçilik məqsədilə etməyiblər. Tramp Əfqanıstandakı uğursuzluqlarına görə bizi deyil, buna səbəb olanları günahkar bilməlidir. ABŞ yardımının detallarını və harada, nə şəkildə istifadə edildiyini açıq iclaslarda paylaşmağa hazırıq".
Donald Trampın "Daha bəsdir!" ifadəsinə də əhəmiyyət vermədiklərini vurğulayan Asif, özlərinin Ağ Evə onsuz da "Daha bəsdir!" dediklərini söyləyib.
- 25-04-2018 16:36 İranda terrora hazırlaşan 300 şəbəkə ələ keçib
- 25-04-2018 16:21 Aksiyalar Gümrü və digər şəhərləri əhatə edib
- 25-04-2018 15:54 Dəməşqdə İŞİD-in əmiri məhv edilib - FOTO
- 25-04-2018 12:53 Rusiya Türkiyə üçün S-400-lərin istehsalına başladı
- 25-04-2018 11:59 Melaniya Tramp ərini yenə pərt etdi - VİDEO
- 25-04-2018 11:45 Ermənilərin türkləri qətlə yetirməsi öz təsdiqini tapdı - SƏNƏD
- 25-04-2018 11:40 Rusiyanın yeni "Qiyamət günü silahı": Sunami yaradır, şəhərləri dağıdır-VİDEO
- 25-04-2018 11:10 Rusiyada aborta izn üçün kilsəyə müraciət ediləcək
- 25-04-2018 10:53 Səfirliyini Qüdsə köçürən 10 ölkəyə rüşvət veriləcək
- 25-04-2018 10:30 Tramp: "Kim Çen In çox şərəfli insandır"
- 25-04-2018 10:25 Putinin inaqurasiya mərasiminin formatı dəyişdirilir
- 25-04-2018 10:24 Makron Trampa İranla yeni saziş imzalamağı təklif edib
- 25-04-2018 09:48 Türkiyə XİN: Donald Trampın fikirlərini rədd edirik
- 25-04-2018 09:38 Səudiyyədən Qətərə barışıq şərti: Suriyaya qoşun göndər
- 25-04-2018 00:25 Suriyada S-400 raketləri yeni hədəfləri vurub
- 24-04-2018 16:30 "Əl-Qaidə" "ASO" komandirini həbs edib
- 24-04-2018 16:07 Ərdoğan ermənilərə başsağlığı verib
- 24-04-2018 15:57 Belarus prezidenti Ermənistana yardım əlini uzadıb
- 24-04-2018 15:20 Lordlar Palatasının üzvü: BBC Suriyadakı həqiqətləri göstərmir
- 24-04-2018 14:45 Şimali Koreya liderini indiyə qədər belə görməmişdiz - FOTO
- 24-04-2018 14:20 Ermənistanda Qarabağ veteranlarının başçısı öldürüldü
- 24-04-2018 12:30 Akşener razılaşsa, Gül müxalifətin yeni lideri olacaq
- 24-04-2018 12:30 Həsən Ruhani Azərbaycan dilindən, Urmiya gölündən və "Traktorsazi"dən danışdı
- 24-04-2018 11:57 Kadırov Suriyaya yeni döyüşçülər göndərmək istəyir
- 24-04-2018 11:41 İsrail hərbçiləri fələstinli məhbusun evini partlatdı-VİDEO

® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı
Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.
26-04-2018 07:50
ƏLAQƏLƏR
  (+994 70) 870-47-49      (+994 55) 786-96-84
  [email protected]