Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Yanvar

2018
23:06
İranda iğtişaşlar zamanı 12 nəfər ölüb

İran Təhlükəsizlik Nazirliyi məlumat yayaraq İranın fərqli əyalətlərində bir neçə gündür baş verən iğtişaşlarda ölənlərin sayının 12 nəfərə çatdığını, etirazçılardan bəzilərinin həbs olunduğunu bildirib.

FaktXəbər-in "Fars" agentliyinə istinadən məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxt Tehranda təhlükəsizlik tədbirlərini gücləndiriblər. Təhlükəsizlik orqanları əhalini narahat olmamağa çağırıb.

Amma ölkənin bəzi şəhərlərində vəziyyətin hələ də normallaşmadığı qeyd edilir. Yerli orqanlar bildirir ki, buna səbəb əhali arasında odlu silahlı şəxslərin olmasıdır. Bu da təhlükəsizliyin təmin olunmasında çətinliklər yaradır.

Belə vəziyyət Həmədan əyalətinin Tuysirkan  şəhərində də yaşanıb. 

Həmədan əyalət başçısının təhlükəsizlik məsələləri üzrə müavini  Səid Şahroxi bildirib ki, təhlükəsizliyin təmin olunması zamanı 3 nəfər ölüb, insidentlə əlaqədar saxlanılanların var. İsfahan əyalətinin Nəcəfabad şəhərində də bir nəfər ov silahı ilə  polisə atəş açıb. Hadisə nəticəsində 1 polis ölüb, 3 nəfər yaralanıb.

Gülüstan əyalətinin Azadşəhr  şəhərində  4 nəfər həbs olunub.  Həbs olunan şəxslərin birinin evində aparılan axtarış zamanı çoxlu sayda partlayıcı maddələr aşkarlanıb.

İğtişaşların baş verdiyi əyalətlərdə aksiyaçılar ictimai-iaşə obyektlərini dağıdır və yandırırlar.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani İran Şura Məclisinin xüsusi komissiya sədrləri ilə keçirdiyi birgə iclasda çıxışında deyib ki, xalqın etirazı bir fürsətdir, təhlükə deyil. ABŞ və İsrailin İranın uğur qazanmasını istəmədiklərini, rəsmi Tehranın regional siyasətinin bu qüvvələri narahat etdiyini vurğulayan İran prezidenti  ABŞ və İsraili İranda gərginlik yaratmağa çalışmaqda ittiham edib: "İstəyirsiz onlar intiqam almasın? Ölkə daxilində  bəzi şəxsləri gərginlik yaratmaq üçün qızışdırmasınlar?  Biz özümüzü bu problemlərlə üzləşməyə hazır etməliyik.  Onlar öz dilləri ilə deyib ki, biz bu problemi Tehrana çəkəcəyik. Bu analiz deyil, bunu açıq aşkar elan ediblər. İran xalqı möhkəm iradəsi ilə bu problemlərin öhdəsindən gələcək. İslam İnqilabının dəyərlərinə hörmətsizlik edən, xalqın istəyinə və qanunlara zidd hərəkət edən, xalqın malına ziyan vuran kiçik bir qrupun əl-ayağını yaxşıca bağlaycağıq”.

H. Ruhani qeyd edib ki,  işsizlik probleminin köklü həlli üçün hələ çox işlər görülməlidir: “Xalqın problemləri var, bu, təbiidir. Problemlər həll olunmalıdır. Əgər bir neçə nəfər etiraz edirsə, tənqid edirsə, onların bunun üçün hüquqları var. Qanun yolla  öz tənqid və etirazlarını bildirməlidirlər. Bəziləri bundan su istifadə edərək gərginlik yaratmağa çalışır”

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İran 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 09:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com