Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Dekabr

2017
10:23
Həkimlərin sertifikasiyası ilə bağlı yeni qaydalar hazırlanır

“Yaxın gələcəkdə həkimlərin sertifikasiyasının prinsipləri dəyişdiriləcək”.

Bunu səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Onun sözlərinə görə, hazırda zamanın tələblərinə uyğun olaraq sertifikasiyanın yeni qaydaları hazırlanır: “Bu qaydalara əsasən, sertifikasiya tək kompüter imtahanı ilə məhdudlaşmayacaq və tibb işçisinin savadını, praktik fəaliyyət qabiliyyətini dəyərləndirməyə imkan verəcək”.

O.Şirəliyev bildirib ki, ölkə səhiyyəsində həm gələcək savadlı kadrların yetişməsi, həm də bugünkü həkimlərin müasir səviyyədə işləməsi üçün davamlı tibbi təhsilin əhəmiyyəti önəmlidir.

Nazir il ərzində əldə olunan nailiyyətlərlə yanaşı, problemlərin də mövcud olduğunu, bu gün bütün diqqətin onların həllinə yönəldilməsinin vacibliyini vurğulayıb. 

O, səhiyyədə mövcud problemlərin kökündən həll edilməsində müasir elmi yanaşmanın, elmi tədqiqat institutlarının müasir tələblərə uyğun fəaliyyət göstərməsinin önəmini qeyd edib: “Təəssüf ki, bəzən təbabət elmimiz zamanla ayaqlaşmayan, sovet dövründən qalma mövzuları tədqiq edir. Azərbaycan Milli Elmlər Akademiyası ilə razılıq əldə olunub, tibb elminin ölkə üçün aktual istiqamətlərini müəyyənləşdirmək məqsədilə Akademiyanın institutlarının, Səhiyyə Nazirliyinin elmi tədqiqat institutlarının, Tibb Universitetinin, Həkimləri Təkmilləşdirmə İnstitutunun iştirakı ilə geniş toplantı keçirilməsi planlaşdırılır”.

Məqalədə : həkim sertifikasiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54411

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52504

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53924

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53669

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59069

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53364

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53738
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-12-2020 07:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru