Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Dekabr

2017
11:56
ABŞ və İsrail İran əleyhinə gizli razılığa gəlib

Birləşmiş Ştatlar  və İsrail  İran siyasətinə qarşı əməkdaşlıqla bağlı məxfi saziş bağlayıblar. FaktXeber.com-un Moskovskiy Komsomolets-ə istinadla məlumatına görə, bu barədə  İsrailin Channel 10 News telekanalı xəbər yayıb.

Kanal bildirir ki, razılığa dekabrın 12-də  Amerikanın paytaxtında gəlinib. Sazişdə əsas  maddə İranın raket nüvə  proqramını reallaşdırmasının qarşısını almaqdır.

Sənəddə Trampın İran atomu ilə bağlı sazişinin ləğv edilməsinin praktikada reallaşması da nəzərdə tutulub. Bundan başqa, Yaxın Şərq regionunda İranın siyasətinə qarşı  birgə komandaların formalaşdırılması da planlaşdırılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 10:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com