Rusiyanın ən yaxşı blogeri Ramzan Kadırov seçilib

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Dekabr

2017
11:54
2813
Rusiyanın ən yaxşı blogeri Ramzan Kadırov seçilib

Çeçenistan prezidenti Ramzan Kadırov Rusiyanın ən yaxşı blogeri seçilib. Buna səbəb onun cari ildə sosial şəbəkədə paylaşdığı bir neçə status olub. Ən çox paylaşım və müzakirəyə səbəb olan statuslar Ramzan Kadırova Rusiyada birincilik gətirib. 

FaktXəbər-in verdiyi məlumata görə, "Medialoqiya" tədqiqat şirkətinin apardığı araşdırma nəticəsində məlum olub ki, Çeçenistan rəhbərinin il ərzində ən səs-küylü statusları müsəlmanın buddisti döyməsinə etiraz etməsi, Vladimir Leninin bədəni və Şeyx Şamilin köməkçisi Hacı Muradın başının basdırılmasını istəməsi və müğənni Nikolay Baskovla model Viktoriya Lopırevun Qroznıdakı toyundan paylaşdığı şəkil olub. Kadırovun paylaşdığı bu üç status on minlərlə insanın diqqətini çəkib. 

Qeyd edək ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra Çeçenistan prezidenti Ramzan Kadırovun İnstagram və Facebook sosial şəbəkələrindəki profilləri bağlanıb. Çeçenistan başçısının səhifələrinə girərkən bu səhifələrin mövcud olmadığı və ya silindiyi xəbərdarlığı görünür.

Məqalədə : Kadırov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2018 03:14



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com