Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Dekabr

2017
09:43
Nazir: `Manat bahalaşacaq`

"2017-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu bir il olub".

Bunu maliyyə naziri Samir Şərifov AZTV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, cari il sabitləşmə ili kimi yadda qalacaq. Nazir bildirib ki, bu il  2015-2016-cı illərdə xarici şoklara məruz qaldığı zaman yaranan problemlərin həlli ilə məşğul olunub, ölkə iqtisadiyyatının, makroiqtisadiyyatın sabitləşdirilməsinə səylər göstərilib.

"Artıq məmnunluqla qeyd etmək olar ki, prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü tədbirlər öz nəticələrini verib. Belə ki, artıq 11 ayın yekunlarına görə, iqtisadiyyatda sabitləşmə baş verib. Əvvəlki illə müqayisədə ölkənin iqtisadi vəziyyəti daha sabitdir. Yəni makroiqtisadi sabitlik bərqərar olunub. Milli valyutamızın məzənnəsi sabitləşib. İlin əvvəlinə baxsaq, manatın məzənnəsi bir qədər möhkəmlənib. İlin əvvəli ilə müqayisədə təxminən 3,4%, fevral ayı ilə müqayisədə 10%-dən yuxarı möhkəmlənmə baş verib. Onu da qeyd etmək istəyirəm ki, manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiqlər mövcuddur. Bu da manata olan inamın tədricən bərpa olunmasının göstəriciləridir", - deyə o vurğulayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

22

Noyabr
13:00
ÖLKƏ
268

Putin şok fakt açıqladı - VİDEO

22

Noyabr
12:11
DÜNYA
1377

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

22

Noyabr
10:33
ELM / TƏHSİL
256

9 ayın yekunu: 47 min nikah, 107 doğum

22

Noyabr
10:15
ÖLKƏ
336

AMB-nin valyuta məzənnələri

22

Noyabr
10:07
İQTİSADİYYAT
358
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-11-2019 14:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru