Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2017
15:31
Təcili yardım: Bu il avtoqəzaların sayı azalıb

2017-ci ildə Bakı şəhər təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmələrinə (ambulator) birbaşa müraciətlərin sayı 31 510 olub.

Stansiyada ilin yekunlarına həsr edilmiş tədbirdə bildirilib ki, hospitalizasiya olunan və evdə qalan ağır xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib.

Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 24 895, hospitalizasiya 16734 olunub: “Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalara məişət, nəqliyyat, istehsalat və digər zədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 20114, hospitalizasiya 12543, bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 2363, hospitalizasiya 2058 olub. Statistik rəqəmlərə əsasən 2017-ci il ərzində Stansiyaya nəqliyyat hadisəsi səbəbindən 2363 müraciət daxil olunub. Bu hadisələr nəticəsində 2058 nəfər hospitalizasiya edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə olunur. Belə ki, 2016-cı il ərzində baş verən 2430 nəqliyyat hadisələri nəticəsində 2122 nəfər hospitalizasiya edilib. Bu da avtoqəzaların sayında 67, hospitalizasiyada isə 64 halda azalma deməkdir”.

Məqalədə : Təcili yardım 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
161

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
264

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
276
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2020 19:33





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru