Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2017
12:05
Metroda qiymət artımı olmayacaq

Azərbaycanın 2018-ci il dövlət büdcəsindən “Bakı Metropoliteni” QSC-yə 45,0 mln. manat həcmində subsidiya ayrılacaq.

FaktXeber.com-un məlumatına əsasən, “Report” bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Prezidentinin fərmanına istinadən xəbər verir.

Qeyd edək ki, parlamentdə müzakirə olunan büdcə layihəsində bu subsidiyanın məbləği ilkin olaraq 89 mln. manat qeyd olunub.

Bildirək ki, 2017-ci ilin dövlət büdcəsində “Bakı Metropoliteni” QSC-yə verilən subsidiya 30,0 mln. manat təşkil edib. Bu da 2018-ci ildə Cəmiyyətə ayrılan yardımın 50% artmasını göstərir.

Bundan başqa, 2018-ci ilin dövlət büdcəsində “Azərbaycan Hava Yolları” QSC-yə 10,0 mln. manat subsidiya verilməsi nəzərdə tutulub. Həmçinin, Bakı Nəqliyyat Agentliyinə 48,1 mln. manat, Dövlət Dəniz Adminstrasiyasına 4,472 mln. manatın ayrılması planlaşdırılır.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev jurnalistlərə verdiyi müsahibəsində bildirmişdi ki, rəsmi rəqəmlərə əsasən sərnişindaşımanın maya dəyəri 2015-ci ilin yekunlarına görə faktiki olaraq 54 qəpik təşkil edir. 2016-cı ilin 6 ayı ərzində isə sərnişindaşımanın maya dəyəri bir az da azalaraq 52,4 qəpik təşkil edib. Bu səbəbdən metroda gediş haqqının artırılması gözləniləndir.

Məqalədə : Bakı Metrosu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53966

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52094

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53549

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53294

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58643

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52894

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53313
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-11-2020 17:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru