Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2017
11:10
ABŞ-ın ilan yumurtası - ANALİZ

Eldəniz Quliyev

Azərbaycan Ziyalılar Birliyinin sədri


(Siyasi pamflet)

Günlərin bir günü ABŞ öskürüb qəflət yuxusundan oyandı… Oyandı və gördü ki, ey dadi- bidad! – dünya bir-birinə elə dəyib, elə qarışıb-bulanıb ki, nə ayranı ayranlıq olub, nə də yağı yağlıq. Gördü ki, indi bu dolaşıq kələfin ucunu heç fələk də aça bilməz. Ən acınacaqlısı isə vəziyyətin bu həddə çatmasına, yəni, türkün məsəli, xiyarın bu sayaq əyri bitməsinə həm baiskar, həm də günahkar elə onun özüdü...

ABŞ bir-iki ağız əsnəyəndən və bir-iki dəfə gərnəşəndən sonra başladı götür-qoy eləməyə. İndiyə qədərki siyasi, qeyri-siyasi əməllərini bala-bala nəzərdən keçirib qanmağa başladı ki, bu vaxtacan nə qədər çox jandarmalıq eləməyə səy göstəribsə bir o qədər çox səhvlər buraxıb və bu səhvləri nə qədər ağ yalanlarla ört-basdır eləməyə çalışıbsa, dünyada hərc-mərclik və dərəbəyliklər bir o qədər geniş vüsət alıb. Bir sözlə, bu qələtlər dama-dama göl olaraq nəticədə onu rüsvayi-cahan edibdir. Misal üçün, İraqda bomba axtarışı onu: «…dom Feyzulla bomba prinesom!» - deyən qorodovoy Kərbalayi Zalla eyniləşdirib. Lotu-potuları başına yığıb Əfqanıstana cummağı isə onu yerində fırlana-fırlana öz quyruğunu dişləməyə çalışan ov tulasına bənzədib.

Öz gözündə minlərlə nüvə başlığını görməyib, başqasının gözündə iki-üç girvəngə zənginləşdirilmiş uran axtarmağı onu motal papağı üstündən başını qaşıyan səfeh kəndxudayla və ya güzgü ilə (güzgü qarşısında yox ha!) boks oynayan həvəskar boksçuyla eyni vəziyyətə salıb.

Bütün bunlardan başqa, ABŞ-a əyan oldu ki, dünyanın bir çox məmləkətlərində (elə öz camaatı da daxil olmaqla) onun ən birincisinə xitabən: «ilanın ağına da, qarasına da lənət!» deyirlər və əvvəlki: «Buş qripi – quş qripi» deyimi bunun müqabilində artıq toya getməli olub.

…Fikirləşdi, düşündü, çək-çevir elədi və nəhayət qəti qənaətə gəldi ki, son bir neçə onillik ərzində əlini və dilini hara uzadıb, «demokratiya» toxumu səpibsə oradan qan-qada, müharibə, ölüm cücərib. Harada «insan hüquqları», «söz azadlığı» əkibsə o yerdən əzab, ixtişaş və qanlı göz yaşları bitib…

Əlbəttə, bütün bunları dərk edib qanan ABŞ yaman yerdə axşamladığının fərqinə vardı. Elə fərqinə varan kimi də, aşkar oldu ki, belə bir mütəqəlqəl duruma düşməyinin, daha doğrusu, aranı qarışdırıb, məzhəbi itirməyinin ən başlıca sirri öz geniş və isti qucağında əzizləyib saxladığı və adını İsrail qoyub ömrünü Tanrıdan diləmədiyi yumurtadadır. Sən demə, yuxuda olarkən həmin o əntifürüş yumurtadan hirsli-hikkəli bir ilan balası çıxıb və ABŞın isti qucağının istəyinə rəğmən, bu bala əsil bəlaya çevrilib; özü də rənginə, yerişi-duruşuna, xislətinə xalis yəhudizm və sionizm mayası qatılıb. Adı çəkilən bu zəhrimar maya da yaman maya idi – hara bircə qətrəsi, bircə zərrəsi düşdü – qurtardı: vay oranın və ya oralıların halına… Təsəvvür edin: məğzi, mənası, nüvəsi sionizmlə yoğrulmuş əfi ilan! Belə ilanın nə qədər qorxunc və nə qədər təhlükəli olduğu isə göz qabağındaydı. Ağına-bozuna baxmadan gəlib-gedəni sancır, çalır, vurur… «Dədəm mənə kor deyib…» prinsipilə qıvrıla-qıvrıla saysız-hesabsız nanəcimliklər, pislik və xəbisliklər edir…

Əslində, ABŞ yaxşı bilirdi ki, lay-lay deyib sinəsində bəslədiyi həmin yumurta ilan yumurtasıdı və o yumurtadan əlbəttə ki, ağ göyərçin-zad çıxmayacaq. Onu təəccübləndirən, bir az da hürküdən o idi ki, a) – ilan ağız bəhəm eləyib Frankişteyn sayağı, öz zəhərli dişlərini onun özünə tərəf qıcayır və b) – hərdən-hərdən, hətta faşizmə belə fora verərək Hitlerə rəhmət oxutdurur. Bu, aşkar təhlükə idi. Amma neynəmək olardı? Yumurta – bala bəla da olsa, baladır…

ABŞ-ın adətiydi: əlindən bir iş gəlməyəndə, hər hansı bir «zada» və ya hər hansı bir «şeyə» çarə qıla bilməyəndə çox mətləblərə göz yumurdu. Bəlkə elə onu bu qədər yatmağa sövq eləyən də beləcə, tez-tez göz yummağı idi…

Göz yumula-yumula yuxu gətirər.

İsrail doydum deməyən təpəgöz kimi, Fələstin torpaqlarını xımır-xımır udanda da, qıvrıla-qıvrıla Yaxın Şərqin hər dəlmə-deşiyini zəbt eləyib hər yeri öz dədəsinin şəxsi yuvası zənn edəndə də, şahmar ilan tək fışıldaya-fışıldaya Livan və Suriya üzərinə sürünəndə də, zınqrovlu kobraya dönüb Qəzza bölgəsində günahsız insanları öz öldürücü fosforlu zəhərilə qanına qəltan eləyəndə də, dəniz əjdahasına çevrilib üfunətli dişlərini Mavi Mərmərə gəmisinə sancanda da… ABŞ yatırdı, yaxud özünü yatmış kimi göstərirdi!…

Uzun sözün qısası, öskürüb yuxudan kal oyanan ABŞ üçün əziz-xələf İsrail böyük, çox böyük bir əngələ çevrilmişdi. Vəziyyət həqiqətən «uruscaydı»; yəni ABŞ elə yuxulu-yuxulu öz əlləriylə – kaş bunu eləyən yerdə əlləri quruyaydı – öz yumurta balasının ilan ağzına, türkün məsəli, düz 200 dənə zəhərli, çox zəhərli, ucubiz dişlər düzmüşdü. Və bu nüvə – zəkqum dişlər hər an qorxunc, çox qorxunc dişdəmələr, gəmirmələrlə dünyanı tari-mar edə bilərdi. «Dəliyə yer ver – əlinə bel ver!...»

«Nə etməli?» Çernişevskinin zaman-zaman səslənən məşhur sualı, sözün əsil mənasında Demokl qılıncı tək asılmışdı ABŞ-ın başı üstdən. Elə hey düşünüb-daşınır, daşınıb-düşünürdü: «Nə etməli? Nə isə təsirli bir tədbirdən-zaddan görməlimi? Əlahiddə bir çıxış yolu tapmalımı? Bəşəriyyəti təhlükəli uçurumdan qurtarmaq üsulları aramalımı? Yaxud uzanıb yatmalımı? Yəni heç nə eşitmirəm, heç nə görmürəm… Görmürəm, eşitmirəmsə, deməli belə bir şey yerli dibli yoxdur, mövcud deyil!... Gözümü yumuram – dünya yoxdur. Dünya yoxdursa – problem-filan da «çıka», – yəni, yoxdur. Amma bu, qurtuluş, çarə ola bilərmi? Əlbəttə, yox və bir də yox!»

Özü üçün və yalnız əylənib-qazanmaq xatirinə düzüb-qoşduğu marionetka teatr truppası, yəni xaltası hər zaman əlində olan bir neçə ərəb dövlətlərini çıxmaq şərtilə, İslam-müsəlman dünyasında ona qarşı etiraz, narazılıq, nifrət və qəzəb artan xəttlə inkişafdadır. Hətta, dünənə qədər «züy» tutub «gözün üstə qaşın var» deməyə cürət etməyən bəzi müttəfiqləri də qaş-qabaq sallayıb ABŞ-ın (özündən də olmasa) ilan yumurtasından gileylənir, bıçağın sümüyə dirəndiyindən şikayətlənirlər.

ABŞ nə qədər güclü və böyük bir dövlət olsa da, elə şeylər var ki, orada nə güc, nə də böyüklük rol oynayır. Orada hətta, ənənəvi – riyakar siyasət yürütmək də köməyə gəlmir. «Kor-kor, gör-gör» olanda görünən kəndə bələdçi axtarmaq həqiqətən də gülünc görünür. Ortada yumurta və bu yumurtadan çıxan ilan var. Və bu faktı təkzib eləmək çox müşkül məsələdir. Hər hansı bir rəyi dəyişmək, inkar eləmək olar – faktı isə dəbbələmək, inkar eləmək olmaz!

Əlqərəz, ABŞ bütün bunlar haqda düşünərkən qəfldən burnuna Meksika körfəzi səmtdən əsən mehin gətirdiyi nöyüt iyi gəldi. Yadına öz saysız-hesabsız cırtdan strateji tərəfdaşlarından biri olan Azərbaycan məmləkəti düşdü. Sözün düzü, son illər hər dəfə nöyüt və ya qaz iyi gələndə Azərbaycan hətta yuxusuna da girirdi… Bəli, ABŞ Azərbaycanı xatırlayan kimi bir az toxdadı, sakitləşdi… özgə cür ola da bilməzdi! Azərbaycan onun tanıdığı cırtdan tərəfdaşlarının içində ən əcaib-qəraibiydi. Ən üzüyolası, ən sözəbaxanı və ən üzüyumşağıydı. ABŞ-ın bütün atkeçməz iştəklərini qeyd-şərtsiz qəbul edəni və heç vədə onun üzünə bozarmayanıydı. Bir yanağını çimdikləyirdi, tələsik o biri üzünü çevirirdi… İki gözünü az qala bir deşikdən çıxarır, qurusunda, dənizində at oynadırdı, – Azərbaycan: «Oxxay! buna da şükür» deyirdi. Ərazi bütövlüyünə şübhəylə yanaşır, Qarabağın qədim və əzəli Azərbaycan torpağı olmasına inanmır – panamerikanizm virusuna yoluxmuş Azərbaycan isə, onun şəninə mahnılar oxuyur: «Mən səni sevəcəyəm, sən sevməsən də!..»

ABŞ onun yeraltı, yerüstü sərvətlərini qamarlayıb-yağmalayıb aparır, - Azərbaycan isə bunun əvəzində, «qənfet» görmüş uşaq kimi sevinə-sevinə atılıb-düşür.(?!). ABŞ Qarabağı işğal eləyən saqqallılara, Xocalı qətliamı törədən separatçı dığalara paçka-paçka dollar bağışlayıb onlara «day-dayılıq» eləyir və dönüb Azərbaycan tərəfə üç barmağın kompazisiyasından ibarət fiqur göstərir. Azərbaycan isə bunun müqabilində hansısa mifik-ritorik strateji müttəfiqlik əhd-peymanından dəm vurur. Bu azmış kimi, Azərbaycan «dınq» eləyib ABŞ-ın ilan yumurtasından çıxmış İsrail adlı bəlanın hüzurunda da misli görünməmiş tolerantlıq nümayiş etdirir. Tolerantlıq nədir, onun qarşısında elə əzilib-büzülür, elə nazlanıb-xumarlanır ki, elə bil zalım oğlu, dul arvaddı – ərə getməyə hazırlaşır.

İsrail övladları üçün Azərbaycanda «yox» kəlməsi yoxdur. (Çünki yaxşı bilirlər ki, «yox» desələr, bilmərrə, o kəlmənin həmqafiyəsinə düşəcəklər). Nə istəsələr, nə arzu etsələr bir anın içindəcə, sanki sehrli çubuğun əmriylə nail olurlar. Ev-eşik, vəzifə, mənsəb, pul-para, şan-şöhrət, hakimiyyət və s. və i.a.

Bəli, əzizlərim, axı onlar bizlərdən, – biz aborigenlərdən fərqli olaraq, birinci «sort» sayılırlar. Ürəklərindən nə keçsə – «Baş üstə, göz üstə!». Nə desələr, hətta heç nə deməsələr belə, – «Əlbəttə, düz buyurursunuz!» Nə əmr etsələr – «Səndən buyruq, bizdən qulluq!». Özü də bütün bunları az qala xorla, çığırışa-çığırışa və böyük həvəslə deyirik. Daha düşünmürük ki, (daha dəqiqi, yaddan çıxarmışıq ki,) Qarabağ savaşı başlayanda 150 nəfər yüksək kalibrli başkəsən erməni zabitinə təlim keçib, yaraqlandırıb-yasaqlandırıb münaqişə zonasına yollayan məhz İsrail olub.

 Daha fərqinə varmırıq ki, onlar həmişə torpaqlarımızın bütövlüyünə şəkk gətirib, (lobbisi də, dövləti də), bizə bir söz, BMT Təhlükəsizlik Şurasında isə tamam özgə söz deyiblər. Daha dərk eləmirik ki, biz, «bir millət-iki dövlət» dediyimiz din qardaşlarımızın qanına susayanlarla, alatdan-altdan PKK üçün amansız terrorçular hazırlayanlarla, mənim müsəlman ümmətimi qıranlarla canbir, qəlbbir olub: «ikimiz bir köynəkdə, yaxası dar olaydı» deyə bilmərik. Biz heç ağlımıza da gətirmirik ki, iqtisadiyyatımızın, hərbi-hərbsiz, mili və qeyri-milli təhlükəsizliyimizin açarlarını onlara həvalə (və ya etibar) etməklə özümüzü nə boyda təhlükəyə və tələyə salırıq!

Şəxsən mən zərrə qədər də olsa şübhə etmirəm ki, ikiüzlülük, hiyləgərlik, riyakarlıq, bədxahlıq, qaniçənlik, irqçilik, terrorçuluq, çuğulluq, vəhşilik və s. bu kimi anti-insani məfhumları bir yerə yığıb-qarışdırıb yoğurmaq mümkün olsaydı və üstünə bir az da sırtıqlıq, həyasızlıq əlavə edilsəydi, əldə olunan «material» eynilə sionistə bənzəyərdi. Başqa bir eksperiment: sionisti neqativə, kontratipə, yaxud pozitiv və ya lavandaya çevirmək imkanı əldə etsəydik, o da eynən hirsli-hikkəli, məkrli və əlbəttə ki, zəhərli ilana oxşayardı…

Bax belə… daha doğrusu, belə-belə işlər sayğılı dostlar! Doğrudan da düz deyiblər: kora güzgü versən, «sağ ol» deməz… Deyəsən, mətləbdən uzaqlaşdıq axı...

…ABŞ +907 eynəyini gözünə taxıb qımışdı, sonra udqundu, daha sonra isə dodaqlarını yaladı, – Azərbaycan və onun karbo-hidrogen ehtiyatları yada düşəndə nədənsə həmişə onun ağzı sulanırdı. Beləcə, udquna-udquna, yalmana-yalmana keçib öz pırpızlaşmış – qloballaşmış çarpayısına uzandı. Bu vaxtlar ABŞ-da gündüz idi, deməli, Azərbaycanda əksinə gecə…

ABŞ gərnəşib, əsnəyib, qıcanıb mürgü döyməyə başladı və bu vaxt beyninin hansı güncündənsə ani bir fikir keçdi: «Görəsən, Azərbaycan indi nə edir?…»

Azərbaycan isə heç nə eləmirdi, sadəcə şellənib yatmışdı…

Özü də, fil qulağında!...

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tramp 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-11-2018 09:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com