Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2017
09:26
Bahalaşmanın yeni dalğası başlayıb
Kərə yağının və yumurtanın qiymətində artım davam edir

Dövlət Statistika Komitəsinin son hesablamalarına görə, 2017-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşmışdır.

Noyabr ayında oktyabr ayı ilə müqayisədə kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və marqarin yağlarının, xiyarın, bibərin, badımcanın, soğanın, kartofun, çayın qiymətlərində bahalaşma qeydə alınıb. Göründüyü kimi, əsas bahalaşma ərzaq səbətində, xüsusilə də ət-balıq, süd və tərəvəz məhsullarında müşahidə olunub ki, bu da aztəminatlı  əhalinin istehlakında böyük paya malikdir. Müşahidə olunan maraqlı məqamlardan biri də kərə  yağının qiymətində bahalaşmanın  davam etməsidir. Bu da təsdiq edir ki, ölkəyə kərə yağının idxalı inhisarçıların nəzarətindədir ki, onlar da bu malın satışında razılaşdırılış yüksək sövdələşmə qiyməti tətbiq etməklə  istehlakçılarının xərclərini davamlı şəkildə artırırlar. 

 Məlumat üçün qeyd edim ki, Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan kərə yağı, digər yağlar, süd məhsullarından hazırlanmış yağlara görə gömrük rüsumunun dərəcəsi 15-dən 5-dək azaldılıb. Bu qərar artıq bir neçə gündür ki, qüvvədədir.  Görünən odur ki, kərə yağının idxalında  gömrük rüsumlarının 3 dəfə azaldılmasından istehlakçılar deyil,   daha çox  inhisarçı və oliqopol  şirkətlər bəhrələnirlər.

Yekun olaraq onu da proqnozlaşdırmaq olar ki,  qarşıdan gələn yeni bayramı ərəfəsində ərzaq mallarının qiymətini artıran faktorlar daha fəallaşacaq.  Odur ki, dəyərli  istehlakçılar qiymətlərin bahalaşmasının yeni dalğasına hazır olun, nəzərə alın ki, ərzaq qiymətləri bu ilin bayram süfrəsində rekord səviyyəyə çatacaq.

İqtisadçı-ekspert Qubad İbadoğlu

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : bahalaşma 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2018 20:41



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com