Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Dekabr

2017
09:05
Netanyahu acıq edib Brüsseldən getdi

Avropa Birliyi (AB) Komissiyasının prezidenti Yan Klod Yunker və AB Xarici İşlər nazirləri ilə görüşmək üçün Brüsselə səfər edən İsrail rejiminin baş naziri Binyamin Netanyahu gözlədiyi dəstək və rəftarı görə bilmədiyi üçün Yunkerle görüşünü ləğv edərək Brüsseldən ayrılıb.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, İsraildən Avropa Birliyinə 22 ildən sonra ilk dəfə baş nazir səviyyəsində səfər həyata keçirilməsinə baxmayaraq, protokolu pozaraq Netanyahunun AB-nin xarici işlər naziri səviyyəsində Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Moqherini tərəfindən qarşılanması diqqəti çəkib.

Moqherini və AB üzvü ölkələrinin Xarici İşlər nazirləri ilə işgüzar səhər yeməyinə qatılmamışdan əvvəl mətbuata açıqlama verən Netanyahu, bütün Avropa ölkələrinin ABŞ prezidenti Donald Trampın qərarına uyaraq olaraq səfirliklərini Qüdsə köçürəcəyini və Qüdsü İsrailin paytaxtı kimi tanıyacağını düşündüyünü söyləmişdi.

Ancaq Netanyahunun Xarici İşlər nazirləri ilə görüşündən sonra mətbuat konfransı keçirən Moqherini, "Netanyahu bu ümidlərini başqa ölkələr üçün saxlasın. Avropa Birliyi bu istiqamətdə addım atmayacaqdır", - söyləyib.

Moqherini 28 Avropa Birliyi üzvünün XİN rəhbərlərinin Netanyahuya açıq mesaj verdiyini bildirərək, "Xarici İşlər nazirləri Netanyahuya ABŞ-a Qüdsün iki dövlətin də paytaxtı olmasını təmin edəcək ikidövlətli həlli məsələsində birlik olduğunu şəxsən göstərdi", - deyə əlavə edib.

AB mənbələrindən verilən məlumata görə, görüş zamanı AB XİN rəhbərləri ABŞ-ın Qüdsü paytaxt elan edən qərarına sərt reaksiya göstərərək, səfirliklərin Qüdsə getməyəcəyini təsdiq ediblər.

AB XİN rəhbərlərindən gözlədiyi dəstəyi ala bilməyən Netanyahu, Yunkerlə görüşünü ləğv edərək Brüsseldən ayrılıb.

Görüşün ləğv edilmə səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib, ancaq AB rəsmiləri İsrail nümayəndə heyətinin mənfi hava şəraitini əsas göstərdiyini bildirib.

Amma Avropa Birliyindəki mənbələr XİN rəhbərləri ilə iclasdakı iradlar və gördüyü soyuq münasibətə görə Netanyahunun Yunkerlə görüşmədən ölkədən ayrılmağa qərar verdiyini qeyd edirlər.

Məqalədə : Qüds 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53956

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52094

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
53549

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53289

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
58643

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52894

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
53313
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-11-2020 17:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru