Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2017
12:19
Netanyahu Qüdsdən danışıb Ərdoğana yönəldi

İsrail rejiminin baş naziri Benyamin Netanyahu bu gün Brüsseldə nəyanatlar səsləndirərək, ABŞ prezidenti Donald Trampın Qüds qərarı ilə əlaqədar məmnun olduqlarını bildirib və bu qərarın regionda sülh mühitinə zərər verməyəcəyini söyləyib. Netanyahu, "Trampın bu qərarı həqiqəti tanımaqdır", - deyib.

FaktXəbər-in məlumatına görə, Netanyahu Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alaraq, "öz ölkəsində kürd kəndlərini bombalayan, jurnalistləri həbs edən, İrana qarşı beynəlxalq sanksiyaların yarılmasına yardım edən, Qəzza da daxil olmaqla başqa yerlərdə günahsız insanları öldürən terrorçulara dəstək verən bir liderdən əxlaq dərsi almağa öyrəşməmişəm", - deyə bildirib.

Qüdsün İsraili paytaxtı kimi tanınmasının sülhə yardım edəcəyini də söyləyən Netanyahu, fələstinlilərin İsrail dövlətini və paytaxt Qüdsü tanımağın vaxtı gəldiyini bildirib.

Avropa Birliyi ölkələrinin çoxunun Qüdsü İsrailin paytaxtı olaraq tanımasını gözlədiyini deyən Netanyahu, "hətta fələstinlilərlə sülh sazişi olmasa belə, bütün Avropa dövlətləri Qüdsü tanımalıdır", - deyə bildirib.

Suriyada döyüşən terrorçu qrupları açıq şəkildə dəstəkləməsinə baxmayaraq, Netanyahu öz sərhədlərini qoruduqlarını, İsrail kəşfiyyatının isə Avropa da daxil olmaqla onlarla yerdə terror hücumunun qarşısını aldığını söyləyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən verdiyi açıqlamada, "1947-ci ildən etibarən onsuz da Fələstin həmişə işğala məruz qalıb. İsrail işğalçı dövlətdir, İsrail terror dövlətidir. 14 yaşlı uşağı 20-yə yaxın israilli alçaq terrorçu nə hala gətiriblər. Bu nə vicdansızlıqdır, bu nə fahişəlikdir. Müsəlman sifəti olub, hələ də zalımların yanında yer alanların olması bizi çox incidir. Biz doğrunun, yaxşının razılığına uyğun olanın arxasınca gedəcəyik", - deyə qeyd etmişdi.

Məqalədə : Qüds 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54928

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52994

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54410

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
54164

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59604

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53843

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
54185
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-12-2020 22:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru