
Energetika Nazirliyi Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycanın cari ilin noyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Energetika Nazirliyindən Faktxeber.com-a verilən məlumata görə, həmin məlumatlara əsasən, bu ilin noyabr ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 790,7 min barel olub. Bunun 735,8 min barelini xam neft, 54,9 min barelini kondensat təşkil edib. Gündəlik 643,4 min barel xam neft, 54,9 min barel kondensat, 15 min barel isə neft məhsulları ixrac edilib. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də tam yerinə yetirib.
Qeyd edək ki, respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barel, fevralda 776,4 min barel, martda 733,3 min barel, apreldə 781,1 min barel, mayda 785,3 min barel, iyunda 793,7 min barel, iyulda 796,7 min barel, avqustda 734,8 min barel , sentyabrda 785,7 min barel, oktyabrda isə 800,6 min barel olub.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub. Cari ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun04-02-2020 15:41 OPEC virusa görə təcili toplanır
16-03-2019 12:51 İlham Əliyev OPEC-in baş katibini qəbul edib
18-01-2019 14:22 OPEC+un Nazirlər Komitəsi martda Bakıda toplaşacaq
08-12-2018 14:54 Özbəkistan OPEC-də müşahidəçi statusu alıb
07-06-2018 18:29 Azərbaycanın 7 milyard barrel təsdiqlənmiş neft ehtiyatı var
10-05-2018 15:34 Azərbaycan OPEC-lə olan razılaşmaya əməl edib
- 23-06-2020 10:11 AMB-nin valyuta məzənnələri
- 23-06-2020 09:30 Nefti qiyməti bahalaşmağa başlayıb
- 19-06-2020 17:55 İyunun 22-də dolların manata qarşı məzənnəsi
- 19-06-2020 09:26 İyunun 19-da xarici valyutaların manata qarşı məzənnələri
- 18-06-2020 17:44 İyunun 19-da dolların manata qarşı məzənnəsi
- 18-06-2020 10:16 AMB-nin valyuta məzənnələri
- 17-06-2020 17:30 Sabaha olan xarici valyutaların manata qarşı məzənnələri
- 17-06-2020 09:20 Xarici valyutaların manata qarşı məzənnələri
- 16-06-2020 17:30 İyunun 17-də dolların manata qarşı məzənnəsi
- 16-06-2020 09:25 Bu günə xarici valyutaların manata qarşı məzənnələri
- 15-06-2020 10:00 Dünya bazarlarında təbii qaz və neft ucuzlaşıb
- 12-06-2020 17:42 İyunun 16-da dolların manata qarşı məzənnəsi
- 12-06-2020 09:26 Xarici valyutaların manata qarşı məzənnələri
- 11-06-2020 17:22 Sabaha xarici valyutaların manata qarşı məzənnələri
- 11-06-2020 10:53 Azərbaycan nefti yenidən bahalaşıb
- 11-06-2020 09:10 Bu günə xarici valyutaların manata qarşı məzənnələri
- 10-06-2020 17:15 İyunun 11-də dolların manata qarşı məzənnəsi
- 10-06-2020 09:12 Xarici valyutaların manata qarşı məzənnələri
- 09-06-2020 09:44 Xarici valyutaların manata qarşı məzənnələri
- 08-06-2020 09:37 Xarici valyutaların manata qarşı məzənnələri
- 08-06-2020 09:10 Dünya bazarlarında təbii qaz ucuzlaşıb, neft bahalaşıb
- 06-06-2020 10:39 Dünya bazarlarında təbii qaz ucuzlaşıb, neft bahalaşıb
- 04-06-2020 11:57 Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 146 mln. manatdan çox maliyyə dəstəyi göstərilib
- 04-06-2020 09:42 İyunun 4-də xarici valyutaların manata qarşı məzənnələri
- 03-06-2020 17:27 İyunun 4-də dolların manata qarşı məzənnəsi