Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2017
16:13
Dəri məmulatları gömrük rüsumundan azad edilir

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən emal edilməmiş iribuynuzlu mal-qara gönləri idxal rüsumundan azad olunacaq.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən tüklü və ya tüksüz, ikilənmiş və ya ikilənməmiş iribuynuzlu mal-qaranın (camışlar da daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının emal edilməmiş gönləri (təzə və ya duzlu, qurudulmuş, küllələnmiş, pikelləşdirilmiş ya da digər üsulla konservləşdirilmiş, lakin aşılanmamış və ya perqamentləşdirilməmiş və ya sonrakı emala məruz qalmamış) gömrük dəyərlərinin 15 faizi həcmində idxal gömrük rüsumuna cəlb edilir. Gələn il yanvarın 1-dən isə edilən iribuynuzlu mal-qaranın emal edilməmiş gönləri idxal rüsumundan azad olcaq. Ancaq iribuynuzlu mal-qaranın (camışlar da daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının gönlərindən tüksüz, ikilənmiş və ya ikilənməmiş, lakin sonrakı emala məruz qalmamış aşılanmış dəri və ya dəri krastı üçün idxal gömrük idxal rüsumu ləğv olunmayıb. Gələn il yanvarın 1-dən  emal edilməmiş bu gönlər üçün idxal gömrük rüsumu onların hər bir ədədi üçün 15 faiz olmaqla hesablanacaq. Perqamentləşdirilmiş daxil olmaqla, iribuynuzlu mal-qara (camışlar da daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının gönlərindən tüksüz, ikilənmiş və ya ikilənməmiş, aşılanmadan sonra əlavə olaraq emal edilmiş dəri və ya dəri krastı şəklində dəri üçün gömrük idxal rüsumu isə  belə gönlərin  1 kvadratmetri üçün 15 faiz olmaqla hesablanacaq.

Yunlu və ya yunsuz, ikilənmiş və ya ikilənməmiş, emal edilməmiş qoyun və ya quzu gönləri (təzə və ya duzlu, qurudulmuş, küllələnmiş, pikelləşdirilmiş və ya başqa üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentləşdirilməmiş və ya sonrakı emala məruz qalmamış) də 15 faiz idxal gömrük rüsumundan azad edilməyib. Sadəcə, gələn il yanvarın 1-dən  emal edilməmiş qoyun və ya quzu gönləri üçün idxal gömrük rüsumu hər bir ədədi üçün 15 faiz olmaqla hesablanacaq. 

Məqalədə : Dəri gön 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu sahibkarlar mənfəət vergisindən azad olacaqlar

09

Dekabr
13:10
İQTİSADİYYAT
266

Şənbə günü yol qəzalarında 4 nəfər ölüb

09

Dekabr
13:08
HÜQUQ,HADİSƏ
216

Təhsil naziri əmr imzalayıb

09

Dekabr
13:03
ELM / TƏHSİL
2219

Bu ərazilərdə işıq olmayacaq

09

Dekabr
13:01
ÖLKƏ
263

Sabahın hava proqnozu açıqlanıb

09

Dekabr
12:59
ÖLKƏ
207

"Qızım İlkinin evində öldü" - Atası DANIŞDI

09

Dekabr
12:30
HÜQUQ,HADİSƏ
581

Xırdalanda partlayış olub, xəsarət alan var

09

Dekabr
11:41
HÜQUQ,HADİSƏ
225
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-12-2019 15:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru