Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Azərbaycanda pasport və şəxsiyyət vəsiqələrinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə yeni rüsumlar müəyyən olunub.
Bununla əlaqədar "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər təklif olunur.
Qanuna təklif olunan 14.1-1-ci maddədə qeyd olunur ki, Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportları itirilmə və ya korlanma ilə əlaqədar yenidən verildikdə - 10 iş günü müddətində verildikdə: 1 yaşınadək uşaqlar üçün 20 manat, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 30 manat, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 40 manat, 18 yaşına çatmış vətəndaşlara 50 manat; 5 iş günü müddətində verildikdə: 1 yaşınadək uşaqlar üçün 30 manat, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 50 manat, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 70 manat, 18 yaşına çatmış vətəndaşlara 90 manat; 1 iş günü müddətində verildikdə isə 1 yaşınadək uşaqlar üçün 50 manat, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 90 manat, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 130 manat, 18 yaşına çatmış vətəndaşlara görə isə 170 manat dövlət rüsumu tutulacaq.
Yeni 14.3-1-ci maddədə isə deyilir ki, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi itirilmə və korlanma ilə əlaqədar yenidən verildikdə -
10 iş günü müddətində verildikdə 15 manat, 3 iş günü müddətində verildikdə 35 manat, 1 iş günü müddətində verildikdə isə 45 manat dövlət rüsumu tutulacaq.
"Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər ümumvətəndaş pasportunun və Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə yeni rüsumların müəyyən olunması məqsədilə hazırlanıb. Hazırda ümumvətəndaş pasportu və vətəndaşın şəxsiyyət vəsiqəsi itirilmə və korlanma ilə əlaqədar yenidən verildikdə rüsumlar ümumi qaydada (qüvvədə olma müddətinin bitməsi, habelə qanunla müəyyən olunmuş hallarda dəyişdirilməsi nəzərdə tutulan hallarda) tutulur. Qanun layihəsinə əsasən bu hallara görə tutulan rüsumların miqdarı ümumi qaydadan daha yüksək olacaq.
Qanun layihəsi Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Təsdiq ediləcəyi təqdirdə 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

MSK növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planını təsdiqləyib
07
Dekabr
Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər
07
Dekabr
İraqda siyasi böhran 3-cü aya daxil oldu. Bundan sonra ölkəni nə gözləyir?
07
Dekabr
Fələstin hökuməti Qəzzada Amerika Sahara Xəstəxanasının yaradılmasının əleyhinədir
07
Dekabr26-09-2019 17:46 Natiq Cəfərli: Hökumət heç özünə sual verirmi ki...
23-08-2019 12:00 Avropanın ABŞ mallarına rüsum tətbiqi barədə planı ortaya çıxıb
25-06-2019 22:04 Azərbaycanda vergidən azad edilən malların siyahısı artırılır
21-05-2019 12:41 Bu rüsumlar artırılır - SİYAHI
16-05-2019 18:35 Prezident futbol oyunları ilə bağlı idxal mallarını gömrük rüsumundan azad edib
11-05-2019 11:51 DGK təkzib edir: "Rüsum düzgün hesablanır"
- 07-12-2019 14:24 MSK növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planını təsdiqləyib
- 07-12-2019 13:25 Xətai rayonunda su olmayacaq
- 07-12-2019 13:18 Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
- 07-12-2019 12:00 Neft yenidən bahalaşıb
- 07-12-2019 11:55 İran Azərbaycanla kosmik sahədə əməkdaşlıqda maraqlıdır
- 07-12-2019 08:39 Milli Məclisin deputatı vəfat edib
- 06-12-2019 16:49 İstirahət günlərinin hava proqnozu açıqlanıb
- 06-12-2019 15:12 Energetika Nazirliyi yenidən Hökumət Evində fəaliyyət göstərəcək
- 06-12-2019 13:23 Şənbə gününün hava proqnozu açıqlanıb
- 06-12-2019 11:23 Sabah MSK parlament seçkiləri ilə əlaqədar toplanacaq
- 06-12-2019 11:18 Antisanitar saçaqlı pendir sexi aşkarlandı - FOTO
- 06-12-2019 10:49 Kirayə evlərin necə satılacağı məlum oldu - Bu da şərtlər
- 06-12-2019 09:45 Azərbaycanda ötən il doğulanlar daha çox yaşayacaqlar
- 06-12-2019 09:44 Baş nazirdən valideyn himayəsindən məhrum uşaqlarla bağlı QƏRAR
- 06-12-2019 08:18 Bu gün ölkənin bütün regionlarında ağacəkmə kampaniyası keçiriləcək
- 05-12-2019 15:15 Daşkəsəndə qarın hündürlüyü 16 sm-ə çatıb - FAKTİKİ HAVA
- 05-12-2019 14:56 Mənzil İnşaat Dövlət Agentliyinə yeni aparat rəhbəri təyin edilib
- 05-12-2019 14:52 Bu gün Şamaxıda "ASAN Xidmət" Mərkəzinin açılışı olacaq
- 05-12-2019 14:21 Sabah ölkə ərazisində 650 min ağac əkiləcək
- 05-12-2019 13:25 Kürdəmirdə avtomobil “KamAZ”a çırpılıb - Ölən və yaralananlar var
- 05-12-2019 12:34 Sabahın hava proqnozu açıqlanıb
- 05-12-2019 12:28 Nazirlər Kabinetinin qərarı ilə Yeni il tətilinin fasiləsizliyi təmin edilib - AÇIQLAMA
- 05-12-2019 10:30 Nazirlik 6 yeni “e-arayış” xidmətini təqdim edib
- 05-12-2019 10:24 Xaçmaz Rayon İcra Hakimiyyətində yeni təyinat olub
- 05-12-2019 09:05 Nazirlər Kabineti sosial kirayə ilə bağlı qərara aydınlıq gətirib