Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Noyabr

2017
20:44
Dövlət Neft Fondunun büdcəsinin layihəsi hazırlanarkən Hesablama Palatasının rəyi nəzərə alınacaq

Dövlət Neft Fondunun büdcəsi Azərbaycan Respublikasının dövlət büdcəsi ilə əlaqələndirilməklə tərtib edildikdən sonra qurumun icraçı direktoru NF büdcəsinin layihəsini rəy verilmək üçün hər il sentyabr ayının 5-dən gec olmayaraq NF vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri proqramı, NF investisiya siyasəti və NF-nin idarə edilməsi ilə bağlı illik xərclər smetası ilə birlikdə Neft Fondunun Müşahidə Şurası ilə bərabər Hesablama Palatasına da təqdim edəcək. 

Bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edilməsi haqqında” fərmanda əksini tapıb. 

Müşahidə Şurası artıq Hesablama Palatasının rəyini nəzərə almaqla, Neft Fondunun büdcə layihəsinə dair rəy verəcək. Eyni zamanda Müşahidə Şurası Hesablama Palatasının rəyini nəzərə almaqla, Neft Fondunun büdcəsinin icrası ilə bağlı illik hesabata rəy verəcək. 

Qeyd edək ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli qanununun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda müvafiq dəyişikliklər edilib. Qanuna dəyişikliklər Hesablama Palatasına dövlət büdcəsinin layihəsinə və büdcənin icrasına dair səlahiyyətlərinin artırılması ilə bağlı olub. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dekabrın 11-nə manatın məzənnəsi

10

Dekabr
17:19
İQTİSADİYYAT
222

Ərdoğan: Avropada lider yoxdur

10

Dekabr
16:43
DÜNYA
720

Nobel Sülh Mükafatı təqdim edilib

10

Dekabr
16:41
DÜNYA
279

Azərbaycanlı məşqçi "Sevilya"ya gedir

10

Dekabr
15:38
İDMAN
337

Yuri Lujkov dünyasını dəyişdi

10

Dekabr
14:33
DÜNYA
373

Sabahın hava proqnozu açıqlanıb

10

Dekabr
13:04
ÖLKƏ
359
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-12-2019 21:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru